Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 20-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 915-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

“Polis haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 11, maddə 611; 2001, № 11, maddə 699, № 12, maddə 731; 2002, № 3, maddə 118, № 6, maddə 328; 2003, № 1, maddə 22, № 8, maddə 424; 2004, № 2, maddə 57, № 3, maddə 133; 2006, № 2, maddələr 74, 75, № 11, maddə 927; 2007, № 8, maddə 756; 2008, № 4, maddə 251, № 7, maddə 602, № 8, maddə 696, № 10, maddə 883; 2009, № 6, maddələr 399, 401; 2010, № 2, maddə 74, № 3, maddə 171; 2014, № 2, maddə 87, № 11, maddə 1360; 2015, № 5, maddə 486, № 11, maddə 1277, № 12, maddə 1444; 2016, № 2 (I kitab) maddələr 197, 216, № 3, maddə 400, № 5, maddə 838; 2017, № 10, maddə 1770; 2018, № 1, maddə 15) 14-cü maddəsinin birinci hissəsinin 3-cü bəndində “və məhkəmələrin” sözləri “, məhkəmələrin, müvafiq icra hakimiyyəti orqanının icra və probasiya qurumlarının” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 iyun 2018-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin