CƏMİYYƏT


Polis işçiləri arasında narkoloji maarifləndirmə aparılır

Bakı, 24 avqust, AZƏRTAC

DİN-ə bilavasitə tabe olan Əlahiddə Çevik Polis Alayında Respublika Narkoloji Mərkəzinin mütəxəssisləri narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün təsdiq olunmuş Dövlət Proqramına əsasən polis əməkdaşlarının maarifləndirilməsi məqsədilə üç gün tədbir keçiriblər.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, keçirilən tədbirlərdə paytaxtın bütün rayonlarının Çevik Polis Alayının əməkdaşları iştirak ediblər.

Qeyd olunub ki, son vaxtlar narkomaniyanın getdikcə genişlənərək cəmiyyətin və dövlətin qarşısında duran vacib problemlərdən birinə çevrilməsi, gənclər arasında narkoman və toksikomanların sayının sürətlə artması, narkotiklərə aludə olanların orta yaş həddinin aşağı düşməsi və narkomaniya ilə əlaqədar cinayətlərin artması əksər dövlətlərdə olduğu kimi ölkəmizdə də ciddi narahatlıq doğurur. Ona görə də problemin həlli üçün yollar araşdırılıb, təkliflər irəli sürülüb.

Keçirilən tədbirlər çərçivəsində Respublika Narkoloji Mərkəzin mütəxəssisləri narkotik vasitələr, onların növləri, orqanizmdə yaratdığı fəsadlar və cəmiyyətdə yaratdığı problemlər barədə təqdimatla çıxış ediblər. Təqdimatda tədbir iştirakçılarına narkotik vasitə istifadəçilərinin aşkarlanması barəsində geniş məlumat verilib və onları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.