İDMAN


Polis kapitanı cüdo üzrə dünya və Avropa çempionatlarında mübarizə aparacaq

Bakı, 12 yanvar, AZƏRTAC

Cüdo üzrə Azərbaycan çempionatında uğurla çıxış edərək növbəti dəfə baş mükafata sahib olan Daxili İşlər Nazirliyinin (DİN) Əlahiddə Çevik Polis Alayının taqım komandiri, polis kapitanı Hikmət Cəbiyev bu il iki mötəbər turnirdə ölkəmizin idman şərəfini qoruyacaq.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, H.Cəbiyev Azərbaycan çempionatında qazandığı qələbə sayəsində bu il Meksikada keçiriləcək dünya və Şotlandiyada təşkil olunacaq Avropa çempionatına vəsiqə əldə edib.

Yarışlara DİN İdman Cəmiyyətinin cüdo bölməsinin rəhbəri Zakir Kərimov tərəfindən hazırlanan H.Cəbiyev Azərbaycan çempionatında usta cüdoçular arasında 90 kiloqram çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək qalib adını qazanıb.

Polis kapitanı cüdo ilə yanaşı, ciu-citsu ilə də məşğul olur. Dəfələrlə beynəlxalq yarışlarda, ölkə çempionatlarında, polislər arasında keçirilən turnirlərdə fərqlənib və yüksək mükafatlara layiq görülüb. Onu ciu-citsu yarışlarına Əməkdar Məşqçi Rəsul Məmmədov hazırlayıb.

H.Cəbiyev, həmçinin cari ilin aprelində polislər arasında keçiriləcək ciu-citsu üzrə Avropa çempionatında da mübarizə aparacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.