CƏMİYYƏT


Polis serjantı İlham Salmanov Füzuli rayonunda piyada əleyhinə minaya düşüb

Bakı, 26 iyun, AZƏRTAC

İyunun 26-sı saat 21.00 radələrində Füzuli Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı İlham Salmanov xidmətdən kənar vaxtda Füzuli rayonun işğaldan azad edilmiş Aşağı Seyidəhmədli kəndi ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

AZƏRTAC Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin birgə məlumatına əsasən xəbər verir ki, 1989-cu il təvəllüdlü İlham Salmanov xəstəxanaya yerləşdirilib və hazırda onun vəziyyəti qənaətbəxşdir.

Prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.