CƏMİYYƏT


Polisin Lənkəranda keçirdiyi əməliyyat nəticəsində 12 kiloqramdan çox narkotik maddə götürülüb

Bakı, 28 noyabr, AZƏRTAC 

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Lənkəran rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şağlaküçə kənd sakini Ş.Əsgərovun idarə etdiyi “VAZ-21074” markalı avtomobilə baxış keçirilib. Avtomobildən 3 kiloqram 255 qram, həmin şəxsin yaşadığı evə baxış zamanı isə 9 kiloqram 266 qrama yaxın marixuana, habelə müvafiq sənədləri olmayan “İJ-58” markalı ov tüfəngi, dörd patron aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşları tərəfindən Ş.Əsgərovun narkotik vasitələrin satışı ilə məşğul olması müəyyən edilib. Narkotiklərin qanunsuz dövriyyəsində ona vasitəçilik etməkdə şübhəli bilinən Qurumba kənd sakini, əvvəllər məhkum olunmuş S.Rüstəmov da polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.