CƏMİYYƏT


Polisin keçirdiyi əməliyyat nəticəsində 8 kiloqramdan çox narkotik maddə götürülüb

Bakı, 9 iyun, AZƏRTAC

Daxili işlər orqanlarının əməkdaşları narkotik maddələrin qanunsuz satışı və dövriyyəsinə qarşı mübarizəni davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cəlilabad rayon sakini Ələddin Əliyevdən 1 kiloqram 60,562 qram heroin və 23,192 qram metafetamin götürülüb.

Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis bölməsinin əməkdaşları isə Zaqatala rayon sakini Əhməd Paşayevdən 7 kiloqram 400 qram marixuana götürüblər.

Hər iki faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.