SİYASƏT


Politoloq: Davos Forumu Azərbaycanın dünyada ciddi, etibarlı bir dövlət kimi qəbul olunduğunu bir daha sübut etdi

Bakı, 24 yanvar, AZƏRTAC

Azərbaycan Prezidentinin Davos İqtisadi Forumunda keçirdiyi bütün görüşlər əhəmiyyətlidir. Bununla yanaşı, Davos Forumu bir çox cəhətdən, həm qlobal, həm də regional müstəvidə, eyni zamanda, Azərbaycanın maraqları baxımından ciddi müzakirələr və qərarlarla tarixə düşür. Forumda Azərbaycanın dünya iqtisadiyyatının ən sürətlə inkişaf edən tərkib hissəsi olaraq təqdim edilməsi və nümunə göstərilməsi xüsusilə qürurverici hadisə kimi qiymətləndirilməlidir. Bu da onu göstərir ki, Azərbaycan dünyada ciddi, etibarlı və qüdrətli bir dövlət kimi qəbul edilir. Hər bir görüş barədə ətraflı danışmaq olar. Mən xüsusilə diqqəti yanvarın 22-də forum çərçivəsində keçirilmiş “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasına yönəltmək istərdim.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Fuad Babayev bildirib.

Politoloq qeyd edib ki, Azərbaycan Prezidenti panelin moderatorunun ona ünvanladığı ilk sualı cavablandırarkən Azərbaycanın qonşularımızla münasibətdə siyasətinin mehriban olduğunu vurğulamaqla yanaşı, milli maraqlarımızın həmişə birinci yerdə olduğunu qeyd etdi. “Mən, həmçinin Azərbaycan Prezidentinin moderatorun “Sizin region üçün ən parlaq ümidiniz və ən pis kabusunuz nədir?” sualını cavablandırarkən səsləndirdiyi fikirlərə də diqqət çəkərdim. Prezident İlham Əliyev qeyd etdi ki, xüsusən regional vəziyyəti və yeni yaranmaqda olan münaqişə zonalarını nəzərə alaraq hazırda ən vacib olan məsələ regional sabitlikdir. Prezident ölkədə bizim daxili risklərimizin olmadığını, ölkənin sabit, inkişafın davamlı olduğunu vurğuladı”, - deyə F.Babayev bildirib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti, həmçinin çox geniş islahatlar gündəliyimizin mövcudluğundan danışaraq qeyd etdi ki, ən böyük narahatlıq və əsas potensial kabus sərhədlərimizin xaricində gərginliyin artması olardı. Prezident bunun üçün Azərbaycanın məsuliyyət daşımadığını, bu prosesə tam olaraq təsir edə bilmədiyimizi vurğuladı. Eyni zamanda, qeyd etdi ki, məsuliyyəti bu kövrək sabitliyin daha da sarsılmaması üçün öz aralarında müəyyən məsələlərlə bağlı razılığa gəlməli olan super qüvvələr, meqa güclər daşıyacaq.

“Yuxarıda qeyd etdiyim kimi, Davos İqtisadi Forumu çərçivəsində keçirilən bütün görüşlər əhəmiyyətlidir. Ən əsas mesajlardan biri isə, zənnimcə, Azərbaycanın sabitlik vadisi kimi regionda cərəyan edən neqativ proseslərdən özünü qoruya bilməsi ilə bağlıdır. Sabitliyin iqtisadi uğurların rəhni olması isə hamı tərəfindən bütün dünyada qəbul olunan həqiqətdir”, - deyə Fuad Babayev əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.