Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Politoloq: Döyüş meydanında əldə olunan uğurlar Azərbaycan dövlətinin məqsədyönlü siyasətinin nəticəsidir

Politoloq: Döyüş meydanında əldə olunan uğurlar Azərbaycan dövlətinin məqsədyönlü siyasətinin nəticəsidir

Bakı, 24 oktyabr, Səadət Hakıyeva, AZƏRTAC

Döyüş meydanında əldə olunan uğurlar Azərbaycan dövlətinin apardığı məqsədyönlü siyasətin nəticəsidir. İslahatlar proqramını uğurla həyata keçirən Azərbaycan bütün sahələrdə böyük inkişafa nail olub. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq aləmdə islahatçı rəhbər kimi tanınır. 2018-ci ildən bu yana həyata keçirilən islahatların səmərəsini biz indi daha aydın görürük.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Tofiq Abbasov söyləyib.

Politoloq deyib: “Təbii ki, hamımız üçün ağrılı olan Qarabağ məsələsində dövlət başçısının öz planları vardı. Şübhəsiz ki, Prezident İlham Əliyev əlverişli şəraitin yaranmasını gözləyirdi və eyni zamanda, Azərbaycan xalqının iradəsinə, mətinliyinə və torpaq sevgisinə arxalanırdı. Prezident həmişə çıxışlarında torpaqlarımızın azad olunacağını vurğulayırdı. Azərbaycan Ordusunun bu gün dünyanın 50 ən güclü ordusu sırasında olması heç də təsadüfi deyil və bunu bu gün ordumuz döyüş meydanında sübut edir. Çünki bunun üçün yüksək səviyyədə ordu quruculuğu işləri aparılıb. Prezident İlham Əliyev məsələyə konseptual münasibət göstərməklə, həm də silahlı qüvvələrimizi səviyyəli bir orduya çevirdi. Ordumuzun maddi-texniki bazası kifayət qədər möhkəmdir və peşəkarlıq yüksək səviyyədədir. Azərbaycan Ordusunun gücü sayəsində düşmən geriləyir və silah sursatını qoyub qaçır. Ordumuz BMT-nin qətnamələrinin icrasını özü yerinə yetirir və heç bir qüvvə buna mane ola bilməz. Çünki Azərbaycan əsgəri öz ərazisində, əz torpaqları uğrunda vuruşur”.

Politoloq Azərbaycan Prezidentinin informasiya sahəsində də düşmənə sarsıdıcı zərbələr endirdiyini bildirib. Onun sözlərinə görə, dövlətimizin başçısı həqiqətləri dünyaya çatdıraraq, uzun müddət münaqişəyə biganə münasibət bəslədikləri üçün dünya birliyinə, beynəlxalq təşkilatlara, sosial institutlara haqlı olaraq irad tutur. Prezidentin müsahibələrindən sonra ictimai fikir artıq Azərbaycanın xeyrinə çox dəyişib. Bir sözlə, İlham Əliyev düşmənin informasiya istehkamını da dağıtmağa müvəffəq olub.

Politoloq deyib: “Vətənin azadlığı uğrunda haqq mübarizəmizdə bizi dəstəkləyənlər də oldu, qınayanlar da. Qardaş Türkiyə hər zaman olduğu kimi, Azərbaycanın yanında oldu, haqq işimizdə bizi dəstəklədi. Pakistan da yanımızda oldu. Mənəvi və siyasi dəstək verən ölkələr ədalətin yanındadırlar. Biz bu yoldan dönməyəcəyik. Ərazi bütövlüyümüz bərpa olunana qədər mübarizəmiz davam edəcək”.

Tofiq Abbasov Ermənistanda vəziyyətin çox gərgin olduğunu da diqqətə çatdırıb. Onun sözlərinə görə, işğalçı ölkədə parçalanma və dağılma prosesi sürətlənib. Burada iqtisadi, sosial və hərbi amillərin təsiri böyükdür: “Paşinyan hakimiyyəti uçurumun astanasındadır. Əziyyəti isə sadə xalq çəkir. Ermənistan siyasi hakimiyyəti seçim qarşısındadır və düzgün seçim etməlidir. Necə deyərlər, zərərin yarısından qayıtmaq da xeyirdir.

Ermənistan anlayır ki, bu müharibəni artıq uduzub. İşğalçı ölkənin prezidenti Armen Sarkisyanın NATO ilə danışıqlar aparmaq arzusu da puça çıxdı. Qurumun baş katibi onlara öz yerini göstərdi və bildirdi ki, Azərbaycanın daxili işlərinə qarışa bilməz. Əslində, heç bir qurumun rəhbəri və heç bir ölkə başçısı bizə təzyiq göstərmək hüququna malik deyil. Biz öz müqəddəratımızı özümüz həll edirik. Çünki ərazi bütövlüyümüz uğrunda müharibə aparırıq”.

Politoloq vurğulayıb ki, Azərbaycanın dünyada hər zaman nüfuzu yüksək olub və indi də belədir. Bu, Prezident İlham Əliyevin müdrik diplomatiyasının nəticəsidir. Tom Hanks, Robert De Niro kimi məşhur dünya aktyorları Azərbaycanın səsinə səs verdilər. Ədalətli insanlar Kim Kardaşyandan fərqli olaraq, bizim haqq işimiz dəstəkləyirlər. Ermənistan isə öz riyakar siyasəti ilə özünü dünyanın gözündən salıb. Dünya şahid oldu ki, ermənilər onlara edilən yardımları Dağlıq Qarabağda istehkamlar qurmağa sərf ediblər. Məğlubiyyət acısı yaşayan və saman çöpünə əl atan düşmən bizi ləkələmək üçün milli azlıqlardan istifadə etməyə cəhd edir. Amma faydasızdır. Azərbaycanda yaşayan bütün azlıqların nümayəndələri bəyanat verərək Vətən müharibəsində vuruşmağa hazır olduqlarını və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirdilər.

“Biz çox gözlədik ki, BMT-nin qətnamələri yerinə yetirilsin. Uzun müddət gözləməkdən bezən Azərbaycan bu qətnamələri özü yerinə yetirməyə başladı. Bunun üçün ölkəmizin kifayət qədər gücü var. İndi hamı gördü ki, Azərbaycan Prezidentinin seçimi düzgün seçimdir. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu XX əsrin yeni hərbi təcrübəsini nümayiş etdirdi. Azərbaycanın inkişafının qarşısını alan Ermənistana biz mütləq dərs verməliydik və veririk. Əminik ki, Vətən müharibəsi bizim tam qələbəmizlə başa çatacaq və müstəqil Azərbaycan daha böyük uğurlara imza atacaq. Qarabağ Azərbaycandır!”, - deyə Tofiq Abbasov bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

XİN: Macarıstan terrorizmi hər zaman qınayacaq

“Crocus City Hall”dakı terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi

Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var

Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir

Gəncədə yaşayış binasında yanğın baş verib VİDEO

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

BMT: Konqonun şərqindəki döyüşlər 6 milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olub

Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir

Səfir Leyla Abdullayeva Fransanın nüfuzlu universitetində Azərbaycanın enerji siyasətindən danışıb VİDEO

Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır

Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar

Politoloq: Ermənistanın Gürcüstan ərazilərini işğal etməsi de-yure təsdiqlənib

Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub

İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb

“Morgenland” Odlar Yurdu ilə görüşür” - Azərbaycan və Almaniya musiqiçilərinin birgə layihəsi təqdim olunub

Nazir: “SİMA İmza” tətbiqinin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

Taha Ayhan: Məqsədimiz Şuşanın azad olunma hekayəsini bütün dünyaya çatdırmaqdır

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək

Roma Papasının səhhəti yaxşılaşıb

Elektron Təhlükəsizlik Xidməti OIC-CERT kibertəhlükəsizlik təşkilatına üzv olub

Nazirlik: Taksilərin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız iyulun 1-dən idxal edilən avtomobillərə şamil edilir

N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz

“Clarivate” şirkətinin nümayəndəsi seçilmiş jurnalların əməkdaşları üçün təlim keçəcək

Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb

“Şuşa İƏT Gənclər Paytaxtı - 2024” beynəlxalq proqramının keçirilməsinə dair öhdəlik protokolu imzalanıb

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Canını Vətənə fəda edənlər – Elçin Şükürov

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsinin qaydaları açıqlanıb

Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb

Mingəçevirdə yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib

ABB Ağdaş filialını da yeniləyib

Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb

“İnsanlıq əleyhinə cinayət: soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar” mövzusunda konfrans keçirilib

Sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində AYNA-nın loqosu olacaq

Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq

Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib

Qərbi Azərbaycan yallıları ilə bağlı kitabın təqdimatı olub

Akademik Əhəd Canəhmədov Niderlandda beynəlxalq tədbirdə elmi məruzə ilə çıxış edib

Azərbaycanla Misir arasında qida məhsullarının dövriyyəsini genişləndirmək məsələsi müzakirə olunub

Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib

AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib

“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır

Buraxılış tarixi on beş ildən çox olan avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcəklər

Sumqayıtda yolların təmirinə başlanılıb VİDEO

Şokoladın həddindən artıq yeyilməsi baş ağrıları və qan təzyiqinin dəyişməsinə səbəb ola bilər

Ağciyər Xəstəlikləri İnstitutunda Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunan elmi-praktik konfrans keçirilib

“The Nation” qəzeti: ABŞ söz və fikir azadlığını qoruduğunu bildirir, lakin jurnalistlərin qətlinin təşkilində iştirak edir

Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydasında dəyişiklik edilib

"IELTS imtahanına təşviq" layihəsi çərçivəsində 300 nəfər uğurlu nəticə əldə edib

Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib

Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş

Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb

Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib

Azərbaycan və Türkiyə birgə tarixi film çəkəcəklər

“Azərbaycanda sürüşmə hadisələrinin kataloqu” Moskvada nəşr edilib

Korsikanın muxtariyyətinə dair qanun layihəsi qəbul olundu, deputat etiraz etdi: Bu, buxovdur

Birinci Beynəlxalq Opera Festivalının ən gənc iştirakçıları çıxışa hazırlaşırlar

Taksilərin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər təsdiqlənib

BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

Kino Agentliyində “Kinematoqrafiya haqqında” Qanunun yenilənməsi məqsədilə işçi qrupu yaradılır

Novruz bayramı günlərində yollarda 39 yol-nəqliyyat hadisəsi baş verib

Bakı şəhərətrafı dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları təsdiqlənib

“Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1048-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bakı şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Federasiya rəsmisi: “Böyük İpək Yolu” beynəlxalq turnirinin keçirilməsi ölkəmizdə boksun inkişafına müsbət təsir göstərəcək

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 5 avqust tarixli 279 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 173 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qafqazşünaslıq İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş dəyirmi masa keçirilib

Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafozadan

Şərqşünas alimin məqaləsi Tehranda çap olunub

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Biləsuvarda vətəndaşları qəbul edib

Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb

Latviyanın xarici işlər naziri istefa verib

Beynəlxalq ekspert: COP29 Azərbaycanın iqtisadi mövqeyini gücləndirməsi üçün strateji fürsətdir - MÜSAHİBƏ

Əcnəbi tələbələr Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

Qızıl medal qazanan boksçu: Rəqiblərim güclü olsa da, yarış mənim üçün yaxşı keçdi

AzTU Türkiyə universitetləri və istehsalat müəssisələri ilə əməkdaşlıq əlaqələrini genişləndirir

Azərbaycanın daha 2 boksçusu "Böyük İpək Yolu" turnirində qızıl medal qazanıb

BDU-da 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub

ATU rəhbərliyinə institusional akkreditasiya şəhadətnaməsi təqdim olunub

Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb

Şərqşünaslıq İnstitutunda Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb

Azərbaycanlı kinoprodüser beynəlxalq kino forumunda münsiflər heyətinə daxil edilib

YAP Səbail rayon təşkilatı Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirib

“Azərbaycanda sənayeləşdirmə: reallıqlar və perspektivlər” – yeni nəşr