Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Politoloq: Prezident İlham Əliyev “CNN Türk”ə müsahibəsində Azərbaycanın regiondakı sülh təşəbbüslərinə mane olmağa çalışan qüvvələrə mesaj verdi

Politoloq: Prezident İlham Əliyev “CNN Türk”ə müsahibəsində Azərbaycanın regiondakı sülh təşəbbüslərinə mane olmağa çalışan qüvvələrə mesaj verdi

Bakı, 17 avqust, AZƏRTAC

Prezident İlham Əliyev “CNN Türk” televiziya kanalına verdiyi dolğun müsahibəsində regionda baş verən əhəmiyyətli proseslərə toxunmaqla yanaşı, bir çox istiqamətlərdə önəmli mesajlar da verdi.

Bunu AZƏRTAC-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, politoloq Xəyal Bəşirov deyib.

Politoloq diqqətə çatdırıb ki, 44 günlük İkinci Qarabağ müharibəsi dönəmində dünyanın aparıcı media qurumları və televiziya kanalları Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevdən müsahibələr almaq üçün növbəyə durmuşdular. Onların əksəriyyətinin məqsədi həqiqətləri işıqlandırmaq deyil, müharibənin ilk günlərindən dağıdıcı zərbələr alan Ermənistana görə narahat olmaları idi. Azərbaycan Prezidenti bu fürsəti çox yüksək dəyərləndirərək, keçmiş Qarabağ münaqişəsinin əsl mahiyyətini, Ermənistanın işğalçılıq və təcavüzkar siyasətinin reallıqlarını elə ermənipərəst televiziya kanalları vasitəsilə bütün dünyaya çatdırmağa nail oldu.

Bu prosesin Prezident İlham Əliyevin rəhbərliyi ilə müharibə meydanında Ermənistanın darmadağın edilməsi ilə paralel getdiyini vurğulayan X.Bəşirov bildirib: “Biz düşmənə siyasi, diplomatik və informasiya cəbhəsində həlledici zərbələr vururduq. Həmin zərbələrin təsirindən Ermənistan və ümumilikdə, barəsində süni şəkildə mif formalaşdırılmış dünya erməniliyi hələ də çıxa bilməyib. Ancaq 2020-ci il noyabrın 10-da Ermənistan dövlətinin rəsmi kapitulyasiyasını və Azərbaycanın möhtəşəm qələbəsini özündə ehtiva edən Bəyanatın imzalanmasından sonra demək olar ki, bu müsahibələrin davamı gəlmədi. Çünki, həmin sənədlə Ermənistan dövləti tam məhv olmaqdan xilas olundu. Azərbaycan Prezidentinin müxtəlif televiziya kanallarına verdiyi müsahibələrdə otuzillik həqiqətləri olduğu kimi dünya ictimaiyyətinin diqqətinə çatdırması çoxlarını ciddi şəkildə narahat edirdi”.

O qeyd edib ki, müharibədən sonra postmüharibə dövrü ilə əlaqədar regionda baş verən regional əhəmiyyətli proseslərin daha çox işıqlandırılmasına və beynəlxalq ictimaiyyətə çatdırılmasına ehtiyac duyulduğu bir məqamda həmin nəhəng media qurumlarından indi səs çıxmır. Azərbaycanın regionda formalaşdırdığı və təkcə region ölkələrinin və qonşu dövlətlərin deyil, əksər dünya dövlətlərinin də dəstək verdiyi sülhü, təhlükəsizliyi və stabilliyi təmin edəcək geosiyasi reallığı dünyaya çatdırmaq istəyən media qurumları demək olar ki, çox azdır. “Prezident İlham Əliyevin təşəbbüskarı olduğu sülh və regionun iqtisadi inkişafını təmin edəcək regional kommunikasiyaların bərpası prosesinə Ermənistanın açıq şəkildə qarşı çıxmasını isə demək olar ki, dünyanın heç bir kanalı işıqlandırmaqda maraqlı görünmür. Ancaq qalib Azərbaycan tərəfinin Ermənistanın da daxil olduğu regionun canlanmasında əhəmiyyətli rol oynayacaq bütün müsbət təşəbbüslərinə özünün təxribatçı, məkrli və atəşkəsi pozmaqla müşayiət olunan antisülh addımları ilə cavab verən Nikol Paşinyanın özü barədə sülh təşəbbüskarı obrazını yaratmaq cəhdlərinə dəstək verənlər var. Bu məqamda, məşhur və önəmli televiziya kanallarından olan “CNN Türk” televiziya kanalının hazırda baş verən prosesləri işıqlandırmaq cəhdi təqdirəlayiqdir. Prezident İlham Əliyev həmişə olduğu kimi, bu müsahibəsində də fikirlərini məntiqi ardıcıllıqla və baş verənləri tam şəkildə əhatə etməklə əsaslandırılmış çıxış etdi”, - deyə X.Bəşirov əlavə edib.

Politoloq bildirib ki, Prezident İlham Əliyev öz müsahibəsində artıq missiyanın dəyişdiyini və qarşıya qoyulmuş yeni hədəfin Azərbaycanın təhlükəsizliyini təmin etmək, azad edilmiş əraziləri tam bərpa etmək və bütün bunlarla paralel olaraq Ermənistanda hələ də mövcud olan revanşist qüvvələrin baş qaldırmasının qarşısını qətiyyətlə almaqdır. O deyib: “Regionda formalaşdırılmış sülhün təkcə Azərbaycana deyil, ümumilikdə Cənubi Qafqaz dövlətləri, o cümlədən də, Ermənistan üçün böyük əhəmiyyət daşıdığını diqqətə çatdıran dövlətimizin başçısı qarşı tərəfin sülhə razılaşmaqdan başqa yolunun olmadığını da bildirdi. Prezident İlham Əliyevin vurğuladığı ən önəmli fikirlərdən biri Ermənistanın hansı mövqedə olmasından asılı olmayaraq, regionla bağlı siyasi leksikonun artıq tam dəyişilməsi ilə bağlı söylədikləri idi. Mövcud reallıq da bundan ibarətdir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan artıq regionda “Dağlıq Qarabağ münaqişəsi”, “status” və bir sıra mənasız terminləri siyasi leksikondan çıxarıb və əvəzində Şərqi Zəngəzur və Zəngəzur dəhlizi kimi terminləri, eləcə də bütün dünyanın istinad etdiyi 10 noyabr və 11 yanvar tarixli Bəyanatları ora daxil edib. Prezident İlham Əliyev həm də, Qərbi Zəngəzur və Mehri barədə danışarkən həmin əraziləri Ermənistanın nəzarətində olan ərazilər adlandırıb. Bununla da, qarşı tərəfə subliminal mesaj verərək bildirir ki, Azərbaycanı hazırda maraqlandıran yeganə amil regionda sülhün olmasıdır. Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımayıb buna qarşı gedərsə, bizim regionla bağlı siyasi leksikona Qərbi Zəngəzur və Mehri iqtisadi rayonları və hətta Qərbi Azərbaycan kimi daxil edə biləcəyimiz hələ çoxlu terminlər olacaq”.

Xalqını düşünəcəyi və dövlətçiliyinin gələcəyinə görə narahat olacağı təqdirdə, Azərbaycanın sülh təşəbbüslərinə səmimi şəkildə razılıq verməklə və bununla da reallaşacaq yeni layihələrdə iştirak edib dövlətini xarici ianələrdən və yardımlardan qurtara biləcəyini Ermənistan rəhbərliyinin diqqətinə çatdırdı.

X.Bəşirov bildirib ki, dövlətimizin başçısı Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olacağı təqdirdə, Azərbaycanın Ermənistanla digər nəqliyyat layihələrinin və ticarət əlaqələrinin mümkünlüyü fikirlərinə də toxunub və Azərbaycanın regiondakı sülh təşəbbüslərinə mane olmağa çalışan qüvvələrə mesaj verib.

“Prezident İlham Əliyev müsahibəsində Azərbaycan dövləti və xalqı üçün ən həssas mövzulardan biri olan dost və dost olmayan dövlətlər mövzusuna da geniş yer ayırdı. Xüsusilə də, həmin ərəfədə Azərbaycandan açıq şəkildə hərtərəfli olaraq siyasi, diplomatik və mənəvi dəstəyini əsirgəməyən Pakistan və Türkiyə dövlətlərinə minnətdarlığını ifadə etdi. Türkiyə dövlətinin və onun rəhbər şəxslərinin 44 gün ərzində və ondan sonra atdığı addımları çox yüksək şəkildə dəyərləndirən Prezident İlham Əliyev müharibədən sonra imzalanan Şuşa Bəyannaməsinin əhəmiyyətindən də danışdı”, - deyə politoloq qeyd edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ötən gün 5,8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Rusiyalı üç paraşütçü stratosferdən Şimal Qütbünə enib

Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlanıb

Reabilitasiya Mərkəzinin uşaqları Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət ediblər

Mədəniyyət naziri Birləşmiş Ərəb Əmirliklərindən olan həmkarı ilə görüşüb

Bu il mediasiya təşkilatlarına ailədaxili mübahisələrlə bağlı 10 mindən çox müraciət daxil olub

Azərbaycan BMT ilə əlaqələri və COP29 çərçivəsində əməkdaşlığı müzakirə edib

I Türk Dövlətləri Kardioloji Qurultayı ölkələrin tibb icmaları arasında əlaqələrin yeni mərhələyə keçdiyinin göstəricisidir

Ötən gün Xankəndi şəhərində 7 avtomat silahı və digər sursatlar aşkarlanaraq götürülüb

Qazaxın kəndlərinin qaytarılması barədə razılıq Azərbaycan Prezidentinin qətiyyətli mövqeyin realizəsidir ŞƏRH

Ərəb mediası Ermənistanın 4 kəndi Azərbaycana qaytarması barədə xəbərlər dərc edib

COP29-un prezidenti: İqlim dəyişikliyi ilə mübarizədə maliyyə məsələsinin Azərbaycanda geniş müzakirə olunmasına böyük maraq göstərilir VİDEO

Nəsibə Zeynalovanın anadan olmasının 108-ci ildönümü tamam olur

Azərbaycan neftinin qiyməti artıb

ABŞ-da IEA ilə enerji səmərəliliyi və COP29 üzrə əməkdaşlıq müzakirə edilib

Birinci Türk Dövlətləri Kardiologiya Qurultayı əhaliyə göstərilən səhiyyə xidmətlərinin artırılmasına töhfə verəcək

Kamal Abdulla: Ermənistanın “alimləri” və onlara dəstək verənlər elmin yox, siyasətin ardınca gedirlər

Premyer Liqa: “Qəbələ” “Qarabağ”ın, “Neftçi” “Zirə”nin qonağı olacaq

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Beynəlxalq Valyuta Fondu COP29-a ev sahibliyi çərçivəsində Azərbaycana dəstək göstərməyə hazırdır

DİN: Ötən gün 69 cinayətin açılması təmin edilib

Azərbaycan-Özbəkistan ədəbi-mədəni əlaqələri ortaq tarixi keçmişə əsaslanır - dəyirmi masa

Bakıda Birinci Türk Dövlətləri Kardioloji Qurultayı keçirilir

"Neftçi"nin baş məşqçisi: Bu gün tarix yazmaq istəyirik

Kərim Şükürov: Qafqaz Albaniyası tarixinin öyrənilməsi istiqamətində böyük elmi işlər görülüb

Dünya birjalarında neft bahalaşıb

Bu gün basketbol üzrə Azərbaycan Kubokunun sahibi bəlli olacaq

Bakıda "Qafqaz Albaniyası: Etnoarxeologiya, yazılı mənbələr və tarixi abidələr” adlı XI beynəlxalq konfrans keçirilir

Xətai rayonunda qətl törədilib

Astanada ŞƏT-ə üzv ölkələrin müdafiə nazirlərinin iclası keçiriləcək

ABŞ dövlət istiqrazlarının gəlirliliyi geosiyasi risklərə görə azalır

Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb

Quterreş Azərbaycan və Ermənistanı münasibətlərin normallaşması üçün bütün məsələləri həll etməyə çağırıb

Blinken Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə razılaşmanı alqışladığını bildirib

Ekvadorda enerji böhranı ilə əlaqədar iki ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib

OLED-displeyləri ilə təchiz edilmiş ilk bank kartı təqdim olunub

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub VİDEO

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib