Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Politoloq: Prezident İlham Əliyev mürəkkəb və kompleks məsələlərin həllinə geniş spektrli proaktiv yanaşma ortaya qoydu

Politoloq: Prezident İlham Əliyev mürəkkəb və kompleks məsələlərin həllinə geniş spektrli proaktiv yanaşma ortaya qoydu

Bakı, 17 iyun, AZƏRTAC

Müasir qlobal nizam təhlükə altındadırmı? Bu sual müasir beynəlxalq münasibətlər sistemində siyasi diskursun əsas müzakirə mövzularından birini təşkil edir. Optimist yanaşma ortaya qoyaraq qlobal nizama qarşı müasir çağırışların onun təməl prinsiplərini sistemli və bütöv şəkildə pozmadığı fikrini bildirsək də, realist yanaşaraq qlobal nizam daxilində fundamental transformasiyaların zamanla böhrana çevrildiyinin şahidi olduğumuzu da qeyd etməyə bilmərik. Bununla yanaşı, qaydalara əsaslanan çoxtərəfliliyin prosedur prinsipinə qarşı daha böyük çətinliklər görürük. Məsələn, birtərəfli parçalanma çağırışları və qlobal nizamın gələcəyi ilə bağlı narahat olmaq üçün kifayət qədər əsas verən beynəlxalq institutlara qarşı artan populyar skeptisizm. Fundamental təhlükəyə çevriləcək potensial “qırılma nöqtələrini” adlamaq və ötürmək qəbul olunmuş ümumi qaydalara riayət etməklə əməkdaşlığa əsaslanan çoxtərəflilikdən keçir. Bununla belə, qlobal nizamın ilkin nizamlayıcı prinsiplərindən olan dözümlülüyü əsas tutaraq qlobal nizamın keçmişdə dəfələrlə möhkəm olduğunu da nəzərə alsaq, biz əhəmiyyətli risklərə baxmayaraq, ümumilikdə ehtiyatlı optimizm üçün əsasların, bəzi səbəblərin hələ də mövcud olduğunu deyə bilərik. Nəzərə alsaq ki, dövlətlər hazırkı dünya düzəninin hələ də əsas, dominant aktorları olaraq qalırlar, o zaman nikbin yanaşmadan çıxış edərək dövlətlərin problemlərin həlli istiqamətində müvafiq addımlar atması üçün də geniş imkanlarının mövcud olduğunu söyləmək mümkündür. Lakin bu, təktərəfli, ya da daxili məsələlərin həlli ilə məhdudlaşmır, çərçivələnmir, iqtisadiyyata, iqtisadi dayanıqlılığa dəstək qlobal əməkdaşlığı şərtləndirdiyindən çoxtərəfli, ümumi və ortaq yanaşma tələb edir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər politoloq Şəbnəm Həsənovanın “Prezident İlham Əliyev mürəkkəb və kompleks məsələlərin həllinə geniş spektrli proaktiv yanaşma ortaya qoydu” sərlövhəli məqaləsində yer alıb.

Politoloqun sözlərinə görə, sürətlə dəyişən dünya nizamının nəbzini tutmaq baxımından dövlət idarəçiliyində hələ də şəxs, lider amilinin əsas tutulduğu reallığını və zərurətini də nəzərə alsaq o zaman tam əminliklə deyə bilirik ki, nəinki müasir çağırışlara çevik reaksiya verən, hətta bəşəriyyətin ciddi sınağının astanasında dayanan qlobal təhdidlərinə proaktiv yanaşma ortaya qoyan dövlət başçımız cənab İlham Əliyev məhz bu mürəkkəb və kompleks məsələlərin həllinə dar deyil, geniş spektrdan yanaşma ortaya qoyaraq vurğulayır ki, “dünyanı daha təhlükəsiz etmək üçün biz hamımız birlikdə işləməliyik”. Təbiidir ki, qlobal gündəlikdə əsas yer alan məsələlərin həllində dünyanın çağırışlarının və dəyişkənliyinin özünün tələb etdiyi yeni yanaşmalar da ortaq işlənib hazırlanmalıdır. Bu səbəbdən Azərbaycan son illərdə dünya siyasi arenasında baş verən məsələlərə təsir imkanlarına malik olan nüfuzlu siyasilərin iştirak etdiyi beynəlxalq konfranslara, forumlara ev sahibliyi edir. Əldə etdiyi tarixi Zəfəri tarixdə nadir sayılan qalib xalqın, ölkənin paytaxtından bu gün beynəlxalq təşkilatların, aparıcı beynəlxalq maliyyə institutlarının rolunun nədən ibarət olması haqqında verilən mesajlarının, sülh və birgəyaşayış çağırışlarının sədası regional sərhədləri aşaraq dünyaya ötürülür. Bu baxımdan tam əminliklə deyə bilirik ki, dövlətimizin başçısının da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda Bakıda işə başlayan Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında da bildirdiyi kimi, Qlobal Bakı Forumu müxtəlif tərəflərin fikirlərini toplayan inklüziv və yaxşı platformadır. Bəşəriyyətin ərzaq böhranına doğru sürətlə addımladığı, yüz milyonlarla insanın hökm sürən nizamda özlərinin cüzi paya malik olduqlarını düşündüyü belə bir şəraitdə imtiyazlı bəzi elitaların maraqlarını möhkəmləndirən qlobal nizama görə məsuliyyət daşımasına baxmayaraq “zorakılıq və qarışıqlıq ideologiyaları” müəyyən dərəcədə dəstək və hətta legitimlik əldə edə bilər. Bu baxımdan da qlobal dünyada təhlükəsizliyin müxtəlif aspektləri etibarlı şəkildə qorunmalıdır.

Ş.Həsənova vurğulayıb ki, dövlətimizin başçısı forum çərçivəsində çıxışı zamanı bir daha regional məsələlərə, müasir qlobal çağırışlara və təhdidlərə geniş şəkildə toxundu. Əsas diqqəti müharibədən sonra Ermənistan-Azərbaycan münasibətlərinin necə normallaşa biləcəyinə çəkərək bu məsələdə indiki və bundan sonrakı məqamda Azərbaycanın strateji yol xəritəsinin hansı detallardan ibarət olduğunu açıqladı. Ən önəmlisi isə bütün bu məsələləri elə Ermənistanın işğal dövründə yol vermiş olduğu tarixi faktlar, müharibədən sonra götürdüyü öhdəliklərdən hər vəchlə yayınması üzərindən işıqlandırdı.

Dövlətimizin başçısının nitqindən irəli gələn məsələləri analiz edərkən düşünürəm ki, indiki mövcud siyasi reallığı da nəzərə alaraq hər şeydən əvvəl ATƏT-in Minsk qrupu məsələsinə toxunmalıyıq. Ümumiyyətlə, beynəlxalq təşkilatların münaqişəni yumşaltmaq, ya da aradan qaldırmaq üçün nisbi qabiliyyəti və ya qeyri-mümkün olması çox vaxt beynəlxalq münasibətlər alimlər arasında fikir ayrılığına səbəb olsa da bununla belə, fakt faktlığında qalır ki, bu təşkilatların bir çoxunun dövlətlərə sülh və sabitlik gətirmək məqsədi daşıdığını nəzərə alaraq dövlətlər münaqişələrin həlli məqsədilə təşkilatlara üz tutur, onlara qoşulurlar. Bir çox dövlətlər həm regional hökumətlərarası təşkilatlara, həm də qlobal hökumətlərarası təşkilatlara qoşulduqlarından, münaqişənin yumşaldılmasında hansı növ hökumətlərarası təşkilatın daha effektiv olduğu da ayrı bir mövzudur. Məsələn, bəzi alimlər iddia edirlər ki, regional hökumətlərarası təşkilatlar getdikcə dövlətlər arasında münaqişələrin həllinə nail olmaq iqtidarındadırlar, digər alimlər isə Birləşmiş Millətlər Təşkilatının dövlətlərarası münaqişələrin ən tez-tez qeyri-dövlət vasitəçisi olduğuna işarə edir. Digər qrup alimlər isə ərazi mübahisələrində beynəlxalq təşkilatların problemləri necə effektiv şəkildə həll edə biləcəyini araşdırmaqdansa, üçüncü tərəf kimi individual aktor, yəni, dövlət vasitəçiliyinə üz tutmağın effektivliyini iddia edirlər. Azərbaycanın illər ərzində xarici siyasətinin prioritet istiqamətlərinə nəzər salarkən tam aydın olur ki, Azərbaycan bütün bu istiqamətlər üzrə səmərəli addımlar atdı və atılan bütün addımların, regional və beynəlxalq təşkilatlarla, individual olaraq dövlətlərlə qurulan bütün münasibətlərin əsas mərkəzində Qarabağ münaqişəsinin həlli, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması dayanırdı. Bütün bu səylərə baxmayaraq münaqişənin həllinə yardım etməkdən ötrü mandat alan ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyini 28 il ərzində bütün dünya gördü. İndi isə əlavə olaraq dünya bir aydın fakta da şahidlik edir ki, bu quruma üzv dövlətlər digər məsələlərin, daha dəqiq mənada, Rusiya-Ukrayna müharibəsinin həllində ortaq masa arxasında otura bilmirlər. Bu baxımdan, mövcud məsələnin həllində ortaq dil tapa bilməyən aktorların olmayan bir məsələni, yəni, tarixə qovuşmuş münaqişəni həll etməsi realist deyil, utopikdir. Bu baxımdan da Minsk qrupuna dövlətimizin başçısının da ifadə etdiyi kimi, “əlvida” sözündən başqa bir söz düşmür. Çünki bu təsisat təşəkkürə dəyəcək ən xırda məsələdə belə heç bir əməli addım atmadı. İndi də hansısa cəhdlə onu dirçəltmək qeyri-mümkündür. Ermənistanın daxilində gedən proseslərə nəzər yetirərkən isə zənnimcə, bir məsələni də vurğulamaq lazımdır. Dünyanın aparıcı dövlətləri də dövlətlərarası xarakter qədər dövlətdaxili xarakter baxımından nadir mürəkkəblikdə olan məsələlərin həllində də maraqlı olmalıdır. Məsələn, bəzi dövlətlərdə, burada daha dəqiq ifadə etsək, Ermənistanın simasında cəmiyyətin revanşist meyillərdən, düşmənçilik fikirlərindən təmizlənməsi kimi. Xaricdən maliyyələşdirilən qruplardan, muzdlulardan, mülki şəxslərdən istifadə edərək münaqişə ocaqlarının yenidən qızışdırılmasında müəyyən çevrələr, aktorlar maraqlıdırlar. Bununla yanaşı, qonşuların, regional aktorların münaqişələrin hələ də tərəfi olduğu süni olaraq göstərilərək, dəstəkləyici ümumi düşmən mühitini inkişaf etdirmək yolverilməzdir.

“Hələ də dünyanın, bizim situasiyamızda isə regionun “sülh dividendlərindən” yararlanacağına ümid genişdir. Bu baxımdan da uzunmüddətli münaqişəyə son verən Azərbaycanın qısa müddət ərzində sülh təklifi Ermənistan üçün unikal, tarixi şansdır. Çünki Ermənistanın işğal siyasəti onun bir dövlət kimi özünü 30 ilə yaxın ərzində çıxılması mümkün bataqlığa saldı. Nəticə etibarilə məğlubiyyət bataqlığına qərq olan cəmiyyət indi də aksiyalarla boğulur. Artıq sülhün və əməkdaşlığın zamanıdır. Dövlət başçımızın da qeyd etdiyi kimi Qarabağ münaqişəsinin həlli regionda təhlükəsizlik və sülh üçün unikal bir fürsətdir. Azərbaycanın əsas məqsədi regionumuzu sabit, dayanıqlı və inkişaf modeli üzərində qurmaqdır. Ermənistanın üçtərəfli Bəyanatın müddəalarından yayınması isə bütün bu müsbət tendensiyaların əksinə yönəlmiş cəhdlərdir ki, bu da regionda bir disbalans yaradır”, - deyə politoloq əlavə edib.

Diqqətə çatdırılıb ki, Ermənistanın yaradılmasında, dondurulmasında və beləliklə də nəticə etibarilə unudulmasında maraqlı olan qüvvələrin bütün səylərinə rəğmən, elə onların yaratmış və davam etdirmiş olduğu süniliyi milli ləyaqətini bərpa edərək aradan qaldıran və yeni reallıq yaradan Azərbaycan müharibədən sonrakı dövr ərzində də konstruktiv yanaşma ortaya qoyaraq dəfələrlə bildirdi ki, səhifəni çevirmək zamanıdır. Məhz bu faktı da əsas tutaraq Azərbaycan Ermənistandan Azərbaycanın erməni əhalisinin yaşadığı Qarabağ bölgəsinə maneəsiz çıxışın təmin olunması üçün üzərinə öhdəlik götürdü. Bununla da ermənilər Laçın yolundan istifadə edirlər. Otuz il ərzində torpaqlarımızı viran qoyan, xalqımıza humanitar böhran yaşadan Ermənistan isə yenə də pozuculuqla məşğul olur, azərbaycanlıların Ermənistan ərazisindən keçərək Naxçıvanla birləşdirən Zəngəzur dəhlizindən istifadəsi məsələsini gecikdirir. Ümumi dünya təcrübəsi sübut edir ki, ortaq iqtisadi layihələrə cəlb olunan dövlətlər münaqişə ocaqlarının tərəfi olmaqdan, mümkün hərbi eskalasiyalardan çəkinirlər. Bu reallığı aydın dərk edən dövlət başçımız bildirir ki, Zəngəzur dəhlizinin açılması məsələsinin ən qısa zamanda həlli gələcək regional sülhün fundamental elementlərindəndir. Bunu Ermənistan da aydın dərk etməlidir. Dövlətimizin başçısının da ifadə etdiyi kimi, bu əlaqə yolu təqdim edilməyəcəksə, sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistanla birgə yaşayış və normal qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş bütün səyləri uğursuz olacaq. Multikultural dəyərləri nəinki dövlət siyasətinin prioritet istiqaməti kimi, bununla yanaşı həyat tərzi kimi müəyyənləşdirən Azərbaycan Qarabağda yaşayan erməni əhalisinin də hüquqlarının və təhlükəsizliyinin nəzərə alınacağını bildirir və bunu tam şəkildə dəstəkləyir. Uzaqgörən və fenomenal siyasətçi ümummilli lider Heydər Əliyevin idarəçiliyi dönəmində dünyəvi, heç bir dövlətə qarşı ərazi iddiası irəli sürülməyən, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq tərtib edilən ana qanunlar toplumuz Konstitusiyamızla da bu məsələlər təmin edilir. Buna baxmayaraq, dırnaqarası “Dağlıq Qarabağın statusu” ilə bağlı fikirlərin səsləndirilməsi Ermənistan üçün nəticəsiz və səmərəsizdir.

“Azərbaycanın bu təklifləri daimi masa üzərində olacaq? Xeyr. Ermənistan Azərbaycana qarşı ərazi iddialarını davam etdirəcəksə, Azərbaycanın da Ermənistanın ərazi bütövlüyünü şübhə altına almağa tam əsası mövcuddur. Birincisi, ona görə ki, Azərbaycan müharibədə zəfər əldə etdi, Ermənistan isə məğlub ölkə kimi imza çəkdiyi öhdəlikləri yerinə yetirməlidir. İkincisi isə Azərbaycanın bu məsələdə tarixi, siyasi, hüquqi, mənəvi bütün arqumentləri tam əsaslıdır. Şərqi Zəngəzur varsa, Qərbi Zəngəzur da olmalıdır”, - deyən Şəbnəm Həsənova qeyd edib.

Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda 50 ölkədən yüksək səviyyəli nümayəndələrin iştirak etdiyi IX Qlobal Bakı Forumunda dövlətimizin başçısının çıxışı zaman səsləndirdiyi fikirlər fundamental və proqnozlaşdırılması mümkün olmayan, dəyişiklikləri fəsadlarla dolu fərqli dünyanın olacağı reallığı prizmasından və mövcud siyasi düzəndə həm Ermənistan hökuməti üçün, həm revanşist qruplaşmalar üçün, həm də məsələlərin fokus nöqtəsini geriyə aparmaq istəyən qüvvələr üçün aydın, praqmatik, üzərində ciddi düşünülməsini labüd edən zəruri məsələlərdir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Rusiyanı Çində müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib