Politoloq: Səfirliyə hücum Vyana Konvensiyasına, ikitərəfli münasibətlərimizə ziddir
AzerTAg.az

Bakı, 27 yanvar, AZƏRTAC
Azərbaycanın İrandakı səfirliyinə hücum, xüsusilə orada hər hansı bir işçinin qətlə yetirilməsi və digər iki nəfərin yaralanması Vyana Konvensiyasına, eyni zamanda, ikitərəfli münasibətlərimizə ziddir. İranın müəyyən qüvvələri, - bəlkə də bir sıra rəsmi dairələrlə bağlılıqları var, - Azərbaycanla münasibətləri pozmaq fikrindədirlər. Çünki son vaxtlar həm Tehranın siyasəti, həm də onun Azərbaycana qarşı bir sıra bəyanatları, həmçinin siyasi aksiyalar göstərir ki, bu dairələr Azərbaycan-İran münasibətlərinə təhlükə yaratmaq fikrindədirlər. Səfirliyə hücum isə artıq qırmızı xəttin keçilməsidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Fikrət Sadıxov deyib.
Bu cür halların diqqətdən kənarda qalmayacağını qeyd edən politoloq bildirib: “Bu, birmənalı şəkildə göstərir ki, Tehran Azərbaycan-İran münasibətlərinin sabit olmasına maraqlı deyil. Yaddan çıxarılmamalıdır ki, İranın da xaricdə səfirlikləri yerləşir. Bu hücuma görə məsuliyyət İranın hakimiyyət orqanlarının üzərinə düşür. Bununla bağlı ciddi araşdırma aparılmalıdır”.
Xəbərin mətnində orfoqrafik səhv var