Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Politoloq: Sülh sazişinin imzalanması yolunda zamandan başqa heç nə bizə mane ola bilməz

Politoloq: Sülh sazişinin imzalanması yolunda zamandan başqa heç nə bizə mane ola bilməz

Bakı, 16 oktyabr, AZƏRTAC

Artıq növbəti dəfə və fərqli bir platformada Prezident İlham Əliyevin simasında Azərbaycanın Ermənistan və onun rəhbəri Nikol Paşinyan üzərində siyasi və diplomatik qələbəsinin şahidi olduq. Əsası 2020-ci ilin fevral ayında bütün dünya ictimaiyyətinin şahidliyi ilə Münhen konfransı zamanı qoyulan bu ənənə Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının oktyabrın 15-də videokonfrans formatında keçirilən iclasında da davam etdi.

Bunu AZƏRTAC-a açıqlamasında Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Xəyal Bəşirov deyib.

Politoloq bildirib ki, qalib Azərbaycanın Müzəffər Prezidentinin məntiqli, dərin təfəkkürlü və yalnız real arqumentlərə əsaslanan prinsipial mövqeli çıxışının fonunda məğlub Ermənistanın kapitulyant baş nazirin özü ilə yanaşı, çıxışı da çox məzlum və rəzil xarakterli idi. Təbii ki, Prezident İlham Əliyevin liderlik bacarıqları, natiqlik xüsusiyyətləri və peşəkar bir diplomata xas keyfiyyətləri ilə müqayisədə erməni baş nazir çox uğursuz bir rəqibdir. Ancaq bütün bu amillərlə yanaşı, qarşı tərəfin həm də başdan ayağa haqsız durumda olması və bununla belə, özünün haqlı olduğunu isbat etməyə çalışmasına uğursuz cəhdləri ona ayrıca bir rəzalət yaşadır. Məhz elə bu səbəblərdən hətta yazılanları oxuyarkən kəkələməsi, tez-tez çaşması və çıxılmaz duruma düşməsi onun iradəsindən asılı olmayaraq, Prezident İlham Əliyevin haqlı ittihamlarını təsdiq etməsinə gətirib çıxarırdı.

Dövlətimizin başçısının çıxışı zamanı digər mühüm məqamlara da toxunduğunu qeyd edən politoloq deyib: “Prezident İlham Əliyev ilk dəfə son günlərdə Fransanın ermənipərəst missiyasını üzərinə götürməyə çalışan cənub qonşumuzun anti-Azərbaycan fəaliyyətindən söz açdı. Uzun illər mehriban qonşuluq münasibəti sərgilədiyimiz, aramızdakı sərhədi dostluq sərhədi hesab etdiyimiz və eyni coğrafiya ilə yanaşı, bir çox hallarda eyni mədəniyyəti, eyni tarixi və ən əsası isə eyni dini paylaşdığımız İranın işğalçı Ermənistanla qanunsuz iş birliklərini ifşa etdi. Əslində, heç vaxt inanmayacağımız və cənub qonşumuza yaraşdırmayacağımız bir çox cinayətlərin ifşasının əsasını elə İran dövlətini idarə edənlərin son günlərdəki cəfəng hərəkətləri qoydu. İslam dünyasının mərkəzinə çevrilmək iddiasında olan İran İslam Respublikasının otuz ilə yaxın dövr ərzində faşist bir rejimin işğalı altındakı ərazilərimizdə həm də islami dəyərlərə qarşı törədilən soyqırımda iştirak etməsi onun bütün siyasətinin iflası deməkdir”.

X.Bəşirov diqqətə çatdırıb ki, bu qətiyyətli fikirlərin təsirindən, Prezident İlham Əliyevin prinsipial mövqeyindən və ya müxtəlif fikirlər arasında çaşbaş qalaraq çıxılmaz vəziyyətə düşən baş nazir Ermənistanın başqa yolu olmadığını bir daha anladı. Əslində, bu reallığı çoxdan dərk edən, sadəcə, bunu dilə gətirməyə çəkinən və elə bu səbəbdən də fikirləri ilə əməlləri arasında kəskin ziddiyyət olan Nikol Paşinyana da Prezident İlham Əliyevin bu sərt fikirləri səsləndirməsinə ehtiyac var idi. Çünki hər bir platformada bu fikirlərin Azərbaycan Prezidentinin dilindən səsləndirilməsi həmin platformadakı ermənipərəstlərin və onların sülhə maneə törətmək istəklərinin qarşısına elə Paşinyanın özü tərəfindən qoyması üçün ən kəsərli arqumentlərdir. MDB Dövlət Başçılarının bu iclasında Prezident İlham Əliyevin dolğun, məntiqli və əsaslı arqumentlərlə zəngin çıxışı, bu çıxış qarşısında erməni baş nazirin məntiqsiz və uğursuz cəhdləri postmünaqişə dövründə Azərbaycanın növbəti siyasi və diplomatik uğurudur.

“Prezident İlham Əliyev MDB-nin dövlət rəhbərlərinin və bütün dünyanın diqqətinə onu da çatdırdı ki, Azərbaycan işğala son qoymaqla həm də ümumbəşəri bəla olan çox böyük narkotrafikin şah damarını kəsmiş oldu. Buna görə bəzən bizi əsassız şəkildə ittiham edənlər, o cümlədən uzun illər dost cildinə girən qonşularımız, əslində, bizə təşəkkür etməli və bu məsələdə əks tərəfi kəskin ittiham etməlidirlər. Hesab edirəm ki, bu görüşdə də xalq və dövlət olaraq istəyimizə çatdıq, zəruri və sərt mesajlarımızı lazımi ünvanlara çatdırdıq. Onu da bəyan etdik ki, münaqişəyə son qoymaqla regionda sülhün, təhlükəsizliyin və sabitliyin təmin edilməsinə nail olmaqda israrlıyıq. Münaqişənin tarixdə qaldığını rəsmiləşdirəcək sülh sazişinin imzalanması yolunda zamandan başqa heç nə bizə mane ola bilməz”, - deyə Xəyal Bəşirov vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir

Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb

Yeni Kaledoniya Senatın üzvü: Azərbaycan bizim üçün böyük qardaş rolunu oynayır VİDEO

Almaniyada mənzil oğrularına qarşı ehtiyat tədbirləri açıqlanıb

Senat üzvü: Kanak xalqı öz müstəqillik mübarizəsini axıradək davam etdirəcək VİDEO

Azərbaycan Hərb Tarixi Muzeyində “Şövqiyar Abdullayev – 55 il” anım tədbiri keçirilib

Nazir: Məktəb psixoloqu terapiya aparan şəxs deyil

® Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!

Rəqəmsal inkişaf və nəqliyyat naziri Ağdaşda vətəndaşların müraciətlərini dinləyib

Yeni kaledoniyalı parlamentari ölkəsinə dəstəyə görə Azərbaycana təşəkkür edib VİDEO

Niyə “Məktəblinin dostu” layihəsinə ehtiyac yaranır?

İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzinin yeni saytı istifadəyə verilib

Kənd təsərrüfatı nazirinin müavini Lerikdə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Manuel Noyer Çempionlar Liqasının tarixinə düşüb