CƏMİYYƏT


Polkovnik: Laçın ordumuzun və diplomatiyamızın qalibiyyət simvoludur

Polkovnik: Laçın ordumuzun və diplomatiyamızın qalibiyyət simvoludur

Bakı, 30 mart, AZƏRTAC

Laçın ordumuzun və diplomatiyamızın qalibiyyət simvoludur.

Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.

Polkovnik qeyd edib ki, dövlət başçısının Məsim Məmmədovu Laçın rayonunda xüsusi nümayəndə təyin olunmasıyla əlaqədar qəbul edərkən səsləndirdiyi fikirlər yaxın tariximizin böyük gerçəkliyini əks etdirir: “Prezident İlham Əliyev ötən gün Məsim Məmmədovu Laçın rayonuna xüsusi nümayəndə təyin etdi. Qeyd edim ki, bu təyinat təsadüfi deyil. Məsim Məmmədov böyük təcrübəyə və idarəetmə qabiliyyətinə malikdir və inanıram ki, dövlət başçısının ona göstərdiyi etimadı tamamilə doğruldacaq.

Dövlət başçısının Məsim Məmmədovu qəbul edərkən Laçının həm işğal tarixi, həm də azad edilməsi ilə bağlı mühüm məqamlara toxundu, çox qiymətli fikirlər səsləndirdi. Prezident haqlı olaraq qeyd etdi ki, Laçının itirilməsinin əsas səbəbi ozamankı Azərbaycan hakimiyyətindəki sonsuz intriqa və qarşıdurmalar olmuşdur. Məhz siyasi intriqalar səbəbi ilə Laçın və digər torpaqlarımızın müdafiəsinə lazımi diqqət yetirilməmiş, nəticədə Ermənistan ordusu bu torpaqları işğal etmişdir.

Qürurvericidir ki, 28 illik işğaldan sonra Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şanlı Ordumuz düşmən tapdağındakı bütün torpaqlarımız kimi Laçını da azad etdi. Laçınla bağlı maraqlı məqamlardan biri bu rayonun həm ordumuzun, həm də diplomatiyamızın səyi ilə azad edilməsi ilə bağlıdır. Laçının bir çox kəndinin ordumuz tərəfindən azad edilməsindən, habelə Şuşanın əsgərlərimiz tərəfindən azad olunmasından sonra ümidsiz vəziyyətə düşən Ermənistan Laçın şəhərini döyüşsüz tərk etməyə məcbur oldu. Bu səbəbdən də Laçın ordumuzun və diplomatiyamızın qalibiyyət simvoludur”.

Cəlil Xəlilov vurğulayıb ki, bu gün işğaldan azad edilmiş bütün torpaqlarda, o cümlədən Laçın rayonunda böyük abadlıq işləri aparılır, rayonun təhlükəsizliyi etibarlı şəkildə təmin olunur: “Laçının erməni işğalından azad edilməsi ilə ilk öncə bu torpaqların mina və digər döyüş sursatlarından təmizlənməsinə start verildi. Daha sonra rayon ərazisində beynəlxalq standartlara cavab verən yaşayış məntəqələrinin yaradılması istiqamətində ciddi addımlar atıldı. Bu gün Laçın şəhəri və ətraf kəndlərdə böyük quruculuq, bərpa işləri həyata keçirilir. Hansı ki, bu işlər öz miqyası və əhəmiyyətinə görə qlobal xarakter daşıyır. Çox keçməyəcək ki, Laçın öz gözəlliyinə görə bütün dünyanın diqqət mərkəzinə çevriləcək, regional və qlobal miqyasda böyük marağa səbəb olacaq.

Bunu da qeyd edək ki, işğaldan azad edilən bütün ərazilər kimi, Laçının da təhlükəsizliyinin etibarlı şəkildə təmini dövlətimizin daim diqqət mərkəzindədir. Bu gün Laçın rayonu ərazisində çoxsaylı hərbi hissələr mövcuddur ki, onların hər biri istənilən təhdid və təhlükənin qarşısını qətiyyətlə almaq iqtidarındadır.

Laçın Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bundan sonra da belə qalacaq!”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.