SİYASƏT


Polkovnik Vaqif Dərgahlı: Ermənistanın “vurduğu” Azərbaycan PUA-sı “kukuruznik” çıxdı

Bakı, 12 oktyabr, AZƏRTAC 

Bu gün Ermənistan tərəfi növbəti dəfə Azərbaycan Ordusunun pilotsuz uçuş aparatını (PUA) vurduğunu elan etdi və bunu təsdiq etmək üçün guya həmin PUA-nın videokadrlarını yaydı. Lakin bu videonun yavaşıdılmış kadrlarına ötəri baxış etməklə havadan düşən və parlaq alovla yanan “PUA-nın” “An-2” yüngül çoxməqsədli təyyarə olduğunu dəqiq görmək olar.

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı AZƏRTAC-a açıqlamasında deyib.

V.Dərgahlı bildirib: “Sual olunur, Azərbaycan Ordusunun sərəncamında ən müasir silah növləri və ən yeni hərbi texnika olduğu halda kənd təsərrüfatı üçün nəzərdə tutulmuş “kukuruznik” ordumuzun nəyinə gərəkdir? Cavab sadədir. Bu üsulla erməni təşviqatı qrafika və animasiyadan istifadə etməklə öz ictimaiyyətini aldatmaq, eləcə də erməni əsgərinin fiziki cəhətdən qırılmış əhval-ruhiyyəsini və mənəvi durumunu yüksəltmək üçün uğursuz cəhdlər göstərir. Bir sözlə, bütün PUA-larımız sağ-salamat və döyüş sırasındadır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.