MƏDƏNİYYƏT
Polkovnik-leytenant Rəşad Atakişiyevin anım gününə həsr olunmuş videoçarx
Bakı, 24 iyul, AZƏRTAC
Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının fəxri oxucusu, şairə, yazıçı-publisist Sevinc Ağa Xəlilqızı Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Hərbi Hava Qüvvələrinin zabiti Rəşad Atakişiyevin anım gününə həsr etdiyi videoçarxı kitabxanaya təqdim edib.
Bu barədə AZƏRTAC-a Yasamal rayon MKS-dən məlumat verilib. Qeyd olunub ki, 2019-cu il iyul ayının 24-də təlim-məşq uçuşları keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsi ilə rabitə əlaqəsi kəsilib və qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev həlak olub.
Videoçarxda Sevinc Ağa Xəlilqızının Rəşad Atakişiyevə həsr etdiyi şeir və polkovnik-leytenantın fotoları təqdim olunur. Videoçarx Murat Başaranın ifa etdiyi “Gülümse Anne” türküsü ilə müşayiət edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:55]
Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub
- 24.04.2024 [12:46]
Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar
- 24.04.2024 [11:59]
Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək
- 24.04.2024 [11:31]
İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb
- 24.04.2024 [09:37]
Bakıda Qırğız kino günlərinin açılışı olub
- 24.04.2024 [08:00]