İDMAN


Polo üzrə Azərbaycan millisi Avropa çempionatında üçüncü qələbəsini qazanıb VİDEO

Bakı, 24 sentyabr, Nicat Məmmədov, AZƏRTAC

İtaliyanın Siena şəhərində start götürmüş polo üzrə Avropa çempionatının üçüncü turunda Azərbaycan millisi Slovakiya yığması ilə qarşılaşıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan millisi növbəti uğura imza ataraq üç oyunluq qələbə seriyasını davam etdirib.

Azərbaycan yığması rəqibi 11:7 hesabı ilə məğlub edərək yarışın favoritləri sırasında yer alıb.

Slovakiya yığmasını məyus edərək yığmamızın heyətində Tərlan Qurbanəliyev və Əli Rzayev xüsusilə fərqləniblər.

Polo üzrə Avropa Çempionatının sentyabrın 28-də baş tutacaq 4-cü turunda millimiz hazırkı Avropa çempionu İrlandiya komandası ilə qarşılaşacaq.

Azərbaycan yığma komandasının baş məşqçisi Namiq Orucov turnirdə növbəti böyük hesablı qələbə qazanan idmançılarımızın oyunundan razı qaldığını deyib.

Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə polo idman növünün son illərdə böyük sürətlə inkişaf etdiyini vurğulayan Namiq Orucov Slovakiya kimi təcrübəli rəqib üzərində qələbənin əldə olunmasında çempionata ideal hazırlaşma şəraitinin yaradılmasının önəmini qeyd edib. O, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Atçılıq Federasiyasına minnətdarlığını bildirib.

Qeyd edək ki, Azərbaycan milli komandası Avropa çempionatının ilk turunda Niderland seçməsini (7:3), ikinci turda isə Fransa millisini (8:4) məğlub edib.

Xatırladaq ki, Beynəlxalq Polo Federasiyası və İtaliyanın Atçılıq İdmanı Federasiyası tərəfindən birgə təşkil edilən Polo üzrə Avropa Çempionatı sentyabrın 30-dək davam edəcək. Keçiriləcək 4 oyunun nəticəsinə əsasən ən çox xal toplayan komanda finalda digər qrupun qalibi ilə qarşılaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.