DÜNYA


Polşa ABŞ-dan yeni raket sistemləri alacaq

Varşava, 14 fevral, AZƏRTAC

Polşa ABŞ-dan yüksək mobillik xüsusiyyətinə malik yeni nəsil raket sistemləri alacaq.

AZƏRTAC xəbər verir ki, ABŞ-ın vitse-prezidenti Mayk Pens və Polşa prezidenti Anjey Duda tərəfindən imzalanan razılaşmaya görə Avropa ölkəsi 414 milyon dəyərində HİMARS raket sistemi əldə edəcək. Bu raketlərin maksimal uçuş məsafəsi 300 kilometrdir.

İmzalanma mərasimindən sonra çıxış edən Anjey Duda bildirib ki, bu sövdələşmə Polşa ilə bərabər bütün Şərqi Avropanın müdafiə potensialının yüksəlməsinə səbəb olacaq.

 

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Varşava

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.