İDMAN


Polşa-Argentina: Start heyətləri açıqlanıb

Polşa-Argentina: Start heyətləri açıqlanıb

Bakı, 30 noyabr, AZƏRTAC

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının C qrupunun üçüncü turu çərçivəsində üz-üzə gələcək Polşa və Argentina yığmalarının start heyətləri açıqlanıb.

AZƏRTAC xəbər verir ki, Polşa millisinin start heyətində Voytsex Şesnı, Bartoş Bereşinski, Kristian Belik, Metti Keş, Pşemıslav Frankovski, Kamil Qlik, Yakub Kivyor, Qjeqoj Krıxovyak, Robert Levandovski, Pyotr Zelinski və Karol Sviderski yer alıblar.

Argentina yığmasının heyətində isə meydana Emiliano Martines, Nikolas Otamendi, Nauel Molina, Markos Akunya, Xulian Alvares, Rodriqo de Paul, Entso Fernandes, Kristian Romero, Aleksis Makallister, Anxel Di Mariya və Lionel Messi çıxacaqlar.

“Stadium 974”də oynanılacaq matçı niderlandlı hakim Danni Desmond Makkeli idarə edəcək və qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.