ELM VƏ TƏHSİL
Polşa Avropa İttifaqında 5G texnologiyasını tətbiq edən ilk ölkələrdən biri olacaq
Varşava, 30 iyun, AZƏRTAC
Polşa Avropa İttifaqı ölkələri arasında müasir 5G şəbəkəsini ilk tətbiq edənlərdən biri olacaq, rəqəmsal inqilabın təkcə iştirakçısı deyil, həm də təşəbbüskarı kimi çıxış edəcək.
Rəqəmsal texnologiyaların tətbiqi naziri Anna Strejinskayanın iyunun 29-da imzaladığı saziş hökumət administrasiyası, rabitə operatorları, ticarət palataları, tədqiqat institutları və Polşa startapları arasında açıq əməkdaşlıq forumuna çevrilməlidir.
Anna Strejinskayanın sözlərinə görə, beşinci generasiya şəbəkəsi ölkənin iqtisadi inkişafını sürətləndirmək şansıdır.
5G texnologiyası optik lifdə işığın ötürülməsi sürətinə yaxın sürətlə simsiz internetdən istifadəyə imkan verir. Praktikada isə həm istehsalçılar, həm də istehlakçılar üçün yeni imkanlar deməkdir.
Polşada 5G texnologiyası 2023-cü il üçün və daha tez tətbiq edilə bilər.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava