DÜNYA
Polşa Avropa İttifaqının vahid valyutası olan avroya keçməyə tələsmir
Varşava, 26 may, AZƏRTAC
Polşa Mərkəzi Bankının rəhbəri Adam Qlapinski ölkəsinin milli valyutadan imtinasına qarşıdır.
AZƏRTAC xəbər verir ki, Polşa Mərkəzi Bankının rəhbəri bu barədə fikrinin qəti olduğunu bildirib. O deyib ki, milli valyuta zlotıdan imtina ölkə iqtisadiyyatının dinamik inkişafına zərbə vurar. "Bu vəzifədə olduğum müddətdə ölkəmin avroya keçidinə imkan verməyəcəyəm", - deyə A.Qlapinski bildirib.
Xatırladaq ki, Polşa 2004-cü ildən Avropa İttifaqının üzvü olsa da, ölkədə avro deyil, milli valyuta zlotı dövriyyədədir.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.03.2024 [15:18]
Qar uçqunu Türkiyənin şərqində 158 yaşayış məntəqəsi ilə əlaqəni iflic edib
- 19.03.2024 [14:27]
Keniyada yol qəzası nəticəsində azı 11 tələbə həlak olub
- 19.03.2024 [14:24]
Yaponiya Mərkəzi Bankı 17 ildən sonra mənfi faiz siyasətini dayandırır
- 19.03.2024 [14:22]
Ermənistan “Mir” ödəniş kartına xidməti dayandıracaq
- 19.03.2024 [13:34]
Londonda Benksinin növbəti monumental boyakarlıq nümunəsi meydana çıxıb
- 19.03.2024 [13:02]