DÜNYA


Polşa Avropada ən böyük hava limanı tikməyi planlaşdırır

Varşava, 4 oktyabr, AZƏRTAC

Polşa Baranov kəndində Avropada ən böyük hava limanı tikməyi planlaşdırır.

AZƏRTAC xəbər verir ki, “LOT Polish Airlines SA”nın baş icraçı direktoru Rafal Milçarski ölkənin müasir aviasiya mərkəzinə ehtiyacı olduğunu qeyd edib.

Layihənin dəyəri 19 milyard dollar təşkil edir. İldə 45 milyon sərnişinə xidmət etmək üçün aeroporta yeni dəmiryol xətlərinin və avtomobil yollarının çəkilməsi də nəzərdə tutulub. Aeroport Londonun Xitrou, Parisin Şarl de Qoll və Amsterdamın Sxipxol kimi nəhəng hava limanları ilə rəqabət aparacaq.

Layihənin tikintisinə 2021-ci ildə, hökumətin Baranovda və yaxın şəhərlərdə torpaq əldə etməsindən sonra başlamaq nəzərdə tutulub. Reyslərin açılışı 2027-ci ilə planlaşdırılır. Sonrakı mərhələlərdə əlavə uçuş-enmə zolaqları və terminallar tikiləcək.

Qeyd edək ki, Baranov kəndi Varşavadan 40 kilometr şərqdə yerləşir.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Varşava

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.