DÜNYA


Polşa Prezidenti Ali Radada çıxış etmək üçün Kiyevə gəlib

Bakı, 22 may, AZƏRTAC

Polşa Prezidenti Anjey Duda bu gün Kiyevə rəsmi səfər edib.

AZƏRTAC Ukrinform agentliyinə istinadla xəbər verir ki, Polşa Prezidenti səfər çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək və Ali Radada çıxış edəcək.

Anjey Duda Rusiyanın Ukraynada müharibəyə başlamasından sonra ukraynalı deputatlar qarşısında çıxış edən ilk xarici ölkə başçısı olacaq. Bu, Polşa liderinin müharibə getdiyi vaxtda Ukrayna paytaxtına ikinci səfəridir. O, aprelin 13-də Latviya, Litva və Estoniya prezidentləri ilə birgə Kiyevə səfər etmiş və Volodimir Zelenski ilə görüşmüşdü.

Mayın əvvəlində Anjey Duda bəyan etmişdi ki, Polşa və Ukrayna arasında “artıq sərhəd olmayacaq”, iki ölkənin xalqları birlikdə yaşaya biləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.