DÜNYA


Polşa Prezidenti Türkiyənin Aİ-yə qoşulmaq səylərini dəstəkləyib

Varşava, 18 oktyabr, AZƏRTAC

Polşa Prezidenti Ancey Duda Türkiyənin lideri Rəcəb Tayyib Ərdoğanla Varşavada görüşündə Türkiyənin Avropa İttifaqına daxil olmasını dəstəklədiyini bəyan edib.

Polşa Prezidenti qeyd edib ki, Türkiyə neçə illərdir Avropa birliyinə qoşulmağa çalışır.

Ancey Duda deyib: “Ümidvaram ki, Türkiyə və Avropa İttifaqı eyni istiqamətdə hərəkət etmək cəhdini davam etdirəcək və bu ümumi cəhdin son nəticəsi Türkiyənin Aİ-yə üzvlüyü olacaq. Türkiyə çoxdandır ki, bu üzvlük barədə xahiş edir. Onun bu istiqamətdə səyləri formal baxımdan hələ 1963-cü ildə başlanıb”.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Varşava

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.