DÜNYA


Polşa Qırğızıstana 55 min dozadan çox “AstraZaneca” vaksini göndərib

Bişkek, 11 oktyabr, AZƏRTAC

Bu gün Polşadan Qırğızıstana humanitar yardım kimi 55 min 200 doza “AstraZaneca” vaksini göndərilib.

AZƏRTAC Qırğızıstan Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, Bişkekdəki “Manas” Beynəlxalq Hava Limanında yükü nazirin müavini Ulugbek Bekturqanov, Polşanın bu ölkədəki səfirinin müavini Tomaş Kollat, Avropa İttifaqının (Aİ) Bişkekdəki səfiri Eduard Auer və digər şəxslər qəbul ediblər.

Ulugbek Bekturqanov humanitar yardım üçün Polşa hökumətinə minnətdarlıq edib, bildirilib ki, qısa müddət ərzində peyvənd vaksinasiya məntəqələrinə göndəriləcək. O deyib ki, indiyədək ölkə əhalisinin 39 faizi peyvəndin birinci, 29 faizi isə ikinci dozasını alıb.

Eduard Auer deyib ki, Aİ və üzv ölkələr pandemiyanın əvvəlindən Qırğızıstana müxtəlif tibb ləvazimatı, qoruyucu vasitələr çatdırıb. İndiyədək COVAX proqramı çərçivəsində COVID-19-la mübarizə üçün dünyanın müxtəlif ölkəsinə 2,5 milyard avro məbləğində vaksin göndərilib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.