Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Polşa Respublikasının Prezidenti Zati-aliləri cənab Andjey Dudaya

Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Konstitusiya Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan-Polşa əlaqələri zəngin tarixə və xoş ənənələrə malikdir. İnanıram ki, dövlətlərarası münasibətlərimizin hazırkı yüksək səviyyəsi siyasi təmaslarımızın müvəffəqiyyətlə davam etdirilməsi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığımızın daha da dərinləşdirilməsi üçün daim möhkəm təməl olacaqdır.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Polşa xalqına əmin-amanlıq və rifah arzulayıram.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 aprel 2019-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin