DÜNYA


Polşa Rusiyadan qaz tədarükü üzrə hökumətlərarası sazişdən çıxıb

Bakı, 23 may, AZƏRTAC

Polşa hakimiyyəti qaz tədarükü ilə bağlı 1993-cü ildə Rusiya ilə imzalanmış hökumətlərarası sazişdən çıxmaq qərarına gəlib.

AZƏRTAC xəbər verir ki, bu barədə Polşa hökumətinin strateji enerji infrastrukturu üzrə nümayəndəsi Petr Naimski Polşa Radiosunun efirində deyib.

“Mayın 13-də Mateuş Moravetski hökuməti Varşava ilə Moskva arasında bağlanan müqaviləyə xitam verilməsi barədə qərar qəbul edib”, - deyə Petr Naimski bildirib. Onun sözlərinə görə, saziş 1993-cü ildə imzalanmışdı.

Yamal-Avropa qaz kəmərinin Polşa hissəsinin gələcəyi ilə bağlı sualı cavablandıran hökumət nümayəndəsi onun Polşanın PGNiG və Rusiyanın “Qazprom” kompaniyasının birgə müəssisəsi olan EuRoPol GAZ operatoruna məxsus olduğunu qeyd edib. Petr Naimski kəmərdən mavi yanacağın Polşa ərazisi ilə nəqli, həmçinin Almaniyadan qaz tədarükü üçün istifadə oluna biləcəyini deyib.

Rusiya qazının Polşa ərazisindən tranziti üçün sistemin qurulması və respublikaya qaz tədarükü haqqında 1993-cü il avqustun 25-də imzalanmış saziş sonuncu dəfə 2010-cu ildə yenilənib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.