ELM VƏ TƏHSİL


Polşa Universitetinin müəllimləri Qərbi Kaspi Universitetində mühazirə oxuyacaqlar

Bakı, 18 iyul, AZƏRTAC

Qərbi Kaspi Universiteti “Erasmus+” proqramı çərçivəsində xarici universitetlərlə müəllim və tələbə mübadiləsi əməkdaşlığını davam etdirir.

Universitetdən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində növbəti tədris ilinin sentyabr ayında Polşanın Nikolay Kopernik Universitetinin müəllimləri Przemislav Çarzinski və Marçin Svitoniak turizm ixtisası üzrə təhsil alan tələbələr üçün mühazirələr oxuyacaqlar.

Mühazirələr dünya ölkələrində coğrafi, tarixi, etnik, mədəni və turizm məsələləri, bir sıra regionlarda torpaqların dağılmasının əsas növlərinin nəzərdən keçirilməsi və bunun ekoloji qaçqınların miqrasiyasına və turizm məsələlərinə təsiri, macəra və adrenalin turizm məsələləri, kulinariya və s. istiqamətləri əhatə edəcək.

Proqram çərçivəsində, eyni zamanda, Qərbi Kaspi Universitetinin müəllimi Nikolay Kopernik Universitetində dərs deyəcək. Universitetin biznes məktəbinin dekanı Könül Hilal 2018-ci ilin oktyabr ayında Nikolay Kopernik Universitetində bir həftə ərzində “Turizmdə marketinq” mövzusunda mühazirələrlə çıxış edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.