DÜNYA


Polşa brendi dünya reytinqində 23-cü yerdədir

Varşava, 9 oktyabr, AZƏRTAC

“Brand Finance” konsaltinq şirkətinin illik xülasəsində bildirilir ki, hesablamalara görə, Polşa brendinin dəyəri ötən illə müqayisədə 14 faiz artaraq 654 milyard ABŞ dollarına çatıb.

AZƏRTAC xəbər verir ki, ölkə dünyanın ən dəyərli milli brendə malik ölkələr siyahısında 23-cü, Avropa İttifaqına üzv ölkələr arasında isə 7-ci yerdə qərarlaşıb.

Sorğu Beynəlxalq Valyuta Fondunun, Davos Ümumdünya İqtisadi Forumunun və “FDI Intelligence” birbaşa xarici sərmayələr saytından götürülmüş məlumatlara əsaslanıb. Tədqiqatda, həmçinin mal və xidmət ticarətləri, investisiya potensialı və həyatın keyfiyyəti kimi amillər nəzərə alınıb.

Sorğunun nəticələrinə görə reytinqə bu il ABŞ (26 trilyon ABŞ dolları), Çin (12,8 trilyon) və Almaniya (5,1 trilyon) başçılıq edirlər.

 

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Varşava

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.