DÜNYA


Polşa işləmək və yaşamaq üçün ən uyğun ölkələr sırasındadır

Varşava, 12 iyul, AZƏRTAC

Polşa “HSBC Expat Annual League Table” şirkətinin hazırladığı illik reytinq cədvəlində yaşamaq, işləmək və ailə qurmaq üçün yararlı 13-cü ölkə seçilib.

AZƏRTAC xəbər verir ki, 18 min 59 ekspat (digər ölkələrdə ixtisasları üzrə çalışan xarici mütəxəssislər) arasında keçirilən sorğunun nəticəsinə əsasən, Polşa uşaq tərbiyə etmək, əməkhaqqı və hava şərtlərinə görə də ən optimal ölkələrdən biri kimi müvafiq yerdə qərarlaşıb. Bu göstəricilər üzrə ölkə son bir ildə 10 pillə irəliləyib. Buranı “yaşamaq üçün əlverişli imkanları olan ölkə” adlandırıblar.

İlk üçlükdə isə İsveçrə, Sinqapur və Kanadadır.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Varşava

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.