SİYASƏT
Polşa jurnalında Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi ilə bağlı məqalə buraxılıb
Varşava, 15 aprel, AZƏRTAC
Polşanın “Decydent” jurnalında Azərbaycanın 10 milyonuncu sakini barədə jurnalist Yasek Potoskinin məqaləsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, yazıda 10 milyonuncu sakin - Mehriban Həsənova barədə məlumat verilir. Həmçinin yazıda oxuculara Azərbaycanın inkişafı, dünyadakı rolu və regiondakı əhəmiyyəti, həyata keçirdiyi layihələr barədə qısa məlumatlar təqdim olunur.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava