İDMAN


Polşa mətbuatı Formula 1 Azərbaycan Qran-Prisindən yazıb

Varşava, 7 fevral, AZƏRTAC

Polşada Formula 1 idman növü üzrə ixtisaslaşmış ən böyük dziel-pasje.pl portalında Azərbaycan Qran-Prisi haqqında məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Formula 1 Qrupunun baş icraçı direktoru Çeyz Kerinin Azərbaycana səfəri çərçivəsində Azərbaycan Qran-Prisinin 2023-cü ilədək keçirilməsi haqqında müqavilənin imzalandığı diqqətə çatdırılıb.

Məqalədə bildirilir ki, 2016-cı ildən etibarən Bakıda təşkil olunan Formula 1 yarışları dərhal mövsümün ən maraqlıları sırasında yer alıb. Bakıda keçirilən Qran-Pri nəticələrinin gözlənilməzliyi ilə avtoidman həvəskarları tərəfindən çox bəyənilib. Azərbaycan Formula 1 yarışlarını yüksək səviyyədə təşkil edib. Bakı isə öz gözəlliyi ilə bu yarışlara əlavə rəng qatır.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Varşava

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.