DÜNYA
Polşa prezident seçkilərinin ikinci turuna hazırlaşır
Varşava, 29 iyun, AZƏRTAC
Polşa prezident seçkilərinin ikinci turuna hazırlaşır.
AZƏRTAC xəbər verir ki, iyunun 28-də keçirilmiş prezident seçkilərində hazırki ölkə başçısı olan Andjey Duda səs çoxluğu qazansa da, lazım olan səs faizini toplaya bilməyib. Andjey Duda səslərin 43,7 faizini əldə edib. Onun əsas rəqibi, Varşavanın liberal meri Rafal Tşaskovski isə 30,3 faizlə ikinci olub. Lakin qazanılan səs faizi prezident seçilmək üçün kifayət etmədiyindən (ən azı 50 faiz olmalıdır) iyulun 12-də seçkilərin ikinci turunun keçirilməsinə qərar verilib. Bu turda iki namizəd - Andjey Duda və onun əsas rəqibi Rafal Tşaskovski mübarizə aparacaqlar.
Seçkilərdə seçicilərin 67,97 faizi iştirak edib. Ötən seçkilərdə bu göstərici 48,96 faiz olub.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.03.2024 [16:03]
Almaniyada kimlər daha çox pensiya alır?
- 29.03.2024 [15:54]
Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir
- 29.03.2024 [15:47]
İsveçrənin hidrogen qatarı rekord vurub
- 29.03.2024 [15:39]
Bu ilin fevralında Türkiyənin ticarət balansının kəsiri azalıb
- 29.03.2024 [15:02]
Barselonada ekstremal quraqlıq hökm sürür
- 29.03.2024 [14:54]
ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib
- 29.03.2024 [14:37]