İQTİSADİYYAT


Polşa şirkəti Bakı-Tbilisi-Qars dəmir yolu ilə yük daşınmasına qoşulacaq

Tbilisi, 11 sentyabr, AZƏRTAC

Polşanın “PKP LHS” şirkəti Bakı-Tbilisi-Qars dəmir yolu ilə yük daşınmasına qoşulacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə razılıq “Gürcüstan Dəmir Yolları” SC-nin baş direktoru David Peradzenin başçılıq etdiyi nümayəndə heyətinin Polşaya səfəri zamanı əldə olunub.

“Gürcüstan Dəmir Yolları” SC-dən bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti Krakovda keçirilən III Nəqliyyat Konfransında iştirak edib.

D.Peradze tədbirdə Gürcüstanın tranzit potensialı, ölkədən keçən nəqliyyat dəhlizləri və “Gürcüstan Dəmir Yolları”nın həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib.

Konfrans çərçivəsində Gürcüstan nümayəndə heyəti Polşanın “PKP LHS” şirkətinin nümayəndələri ilə danışıqlar aparıb. Tərəflər Avropa-Asiya-Avropa marşrutu, həmçinin Bakı-Tbilisi-Qars dəmir yoluna əlavə yüklərin cəlb olunması ilə bağlı birgə fəaliyyət planı barədə razılığa gəliblər.

Nümayəndə heyəti bildirib ki, Gürcüstan-Rumıniya və Gürcüstan-Ukrayna istiqamətində mütəmadi yük daşınmaları həyata keçiriləcək, bu da Qara dənizdə konteyner daşınmalarına tələb olunan vaxtı əhəmiyyətli dərəcədə azaldacaq.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.