İDMAN


Polşa üzgüçülərinin festivalda birinci çempionluğu

Bakı, 25 iyul, AZƏRTAC

İyulun 25-də Polşa üzgüçüləri festivalda ilk qızıl medala sahib olublar.

AZƏRTAC xəbər verir ki, oğlanlar arasında 50 metr məsafəyə sərbəst üzmə yarışında Mateuş Çovaniek birinci yeri tutub. Finalda 22.91 saniyə nəticə göstərən atlet festivalın üzgüçülük yarışlarında ölkəsinə ilk qızıl medalı qazandırıb. Rumıniyalı David Popoviçi (23.03 saniyə) gümüş, Niderland üzgüçüsü Tim Korstanye (23.08 saniyə) bürünc medal əldə ediblər.

Qeyd edək ki, Polşa atletləri üzgüçülük yarışlarında bu vaxtadək üç bürünc medal qazanıblar.

Azarkeşlər festivalın 4x100 metr məsafəyə qarışıq üzmə yarışlarında gərgin idman mübarizəsi izləyiblər. Yarışın favoritləri Rusiya və Böyük Britaniya təmsilçiləri gözlənildiyi kimi medalçılar sırasında yer alıblar. Belə ki, şimal qonşularımız (3:54.27) növbəti dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Finalda 3 dəqiqə 57.06 saniyə nəticə göstərən qərbi avropalılar ikinci yeri tutublar. Finişə üçüncü çatan Fransa üzgüçüləri (3:57.54) bürünc medallara sahib olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.