DÜNYA


Polşa vətəndaşını 4 il qul kimi saxlayan britaniyalı cütlük həbs olunub

Bakı, 2 noyabr, AZƏRTAC

Böyük Britaniyadan olan cütlük polşalı kişini 4 il qul vəziyyətində saxlayıb.

AZƏRTAC “Daily Mail” nəşrinə istinadla xəbər verir ki, 56 yaşlı universitet müəlliməsi Pritpal Binning və onun 54 yaşlı həyat yoldaşı Palvinder Binning 4 il ərzində insanı qul şəraitində saxlamaqda şübhəli bilinərək həbs olunublar. Bununla yanaşı Binning ailəsinin imkanlı olduğu və evlərinin qiymətinin 1,2 milyon funt-sterlinq həcmində qiymətləndirildiyi qeyd edilir.

Zərərçəkən şəxs tibb müəssisəsinə gələrək yemək müqabilində işləməyə məcbur olduğunu bildirdikdən sonra polis həmin evdə axtarış aparıb.

Polisin insidentlə bağlı başladığı təhqiqat davam edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.