İDMAN


Polşa yığmasının Azərbaycan millisi ilə oyun üçün heyəti açıqlanıb

Bakı, 4 oktyabr, AZƏRTAC

Oktyabrın 7-də Bakı İdman Sarayında dünya çempionatının əsas mərhələsində futzal üzrə Azərbaycan millisinin qonağı olacaq Polşa yığmasının heyəti açıqlanıb.

AZƏRTAC Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, Polşa yığmasının heyətinə baş məşqçi Blazej Korczynski 15 futzalçı dəvət edib.

Heyətdə Mixal Klaus (“Darkomp Vilanou”), Mixal Kaluza (“Burela”), Raymund Şetsla (“Malepszy Arth Soft Lesznov”), Pauel Kanevski, Tomaz Kriezel, Yakub Raszkouski, Kasper Sendlevski (hamısı “Konstrakt Lubava”), Patrik Holi (“Red Draqons Pnievi”), Mateus Mroviç (“Piast Qlivice”), Mixal Kubik, Sebastian Leszczak, Bartlomey Naurat, Kamil Surmiak, Mikolay Zastavnik (hamısı “Rekord Bielso-Biala”) və Kamil Roll (“Reyter Torun”) yer alıblar.

Azərbaycan–Polşa oyunu saat 20:00-da başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.