İDMAN
Polşa yığmasının baş məşqçisi: Türkiyənin və Azərbaycanın voleybol komandalarından sürprizlər gözləyirik
Bakı, 24 sentyabr, Pərvanə Rəhimova, AZƏRTAC
Biz Macarıstan komandası ilə matçda mütləq udmalı idik. Meydanda zəif rəqib olmur. Biz Azərbaycan komandası ilə görüşə də eyni əzmlə hazırlaşırıq.
Bu sözləri Polşanın qadınlardan ibarət voleybol komandasının baş məşqçisi Caçek Navroski yetirmələrinin Avropa çempionatında ikinci qələbəsindən (Polşa-Macarıstan 3:1) sonra AZƏRTAC-a müsahibəsində söyləyib.
C.Navrovski vurğulayıb ki, Azərbaycan komandası bu il Avropa çempionatının favoritlərindən biridir.
Avropa birinciliyində Polşa komandasının güclü rəqiblərindən danışan məşqçi deyib ki, Serbiya, Rusiya və Niderland milliləri çempionatın favoritləridir. “Türkiyə və Azərbaycan komandalarından da sürprizlər gözləyirik. İtaliya yığması da diqqətəlayiq komandadır”, - deyə baş məşqçi fikrini tamamlayıb.