DÜNYA
Polşa zərbxanası Yeni Zelandiya üçün sikkə hazırlayıb
Bakı, 17 oktyabr, AZƏRTAC
Polşa zərbxanası Yeni Zelandiyanın Niue adası üçün “Süni intellekt” seriyasından ilk gümüş sikkə buraxıb.
AZƏRTAC “banks.ue” saytına istinadla xəbər verir ki, 2 Yeni Zelandiya dolları nominalında olan “Gələcəyin kodeksi” adlı sikkə axirət effekti verməsi üçün flüoresensiya boyasından istifadə edilməklə hazırlanıb.
Sikkənin revers hissəsində Yer planetini əlində tutan qadın-robot təsvir olunub, avers hissəsində isə Britaniya Kraliçası II Yelizavetanın rəsmi həkk olunub. Polşa zərbxanası hər birinin qiyməti 226,90 dollar olmaqla ümumilikdə 500 sikkə buraxacaq.
Sikkəxananın saytında bildirilir ki, beynəlxalq çatdırılma pulsuz həyata keçiriləcək, sikkə özü isə Milad bayramına kolleksiyaçılar üçün əla hədiyyə olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]
“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq
- 24.04.2024 [13:55]