DÜNYA


Polşada İkinci Dünya müharibəsi zamanı qətl edilmiş yəhudilərin kütləvi məzarlığında eksqumasiya aparılması planlaşdırılır

Varşava, 7 mart, AZƏRTAC

Polşa hökuməti İkinci Dünya müharibəsi zamanı yəhudilərin kütləvi yandırılıb basdırıldığı ərazidə eksqumasiya ehtimalını nəzərdən keçirir.

AZƏRTAC xəbər verir ki, Polşanın Jedvabne şəhərində 1941-ci ildə ölkənin alman ordusu tərəfindən işğalı zamanı 300-dən çox yəhudi yandırılıb. İlkin eksqumasiya işləri 2001-ci ildə başlamışdı, lakin tezliklə dayandırılmışdı.

Polşanın Baş naziri Mateuş Moravetski “Polsat News” kanalına müsahibəsində bildirib ki, onun rəhbərlik etdiyi hökumət eksqumasiyanın bərpasını düşünür. Hazırda baş prokurorluğun bununla bağlı qərarını gözləyirik. Yerli siyasətçilərin bəziləri bunun İsraillə yaşanmış son gərginliyin yenidən alovlanmasına səbəb olacağını düşünürlər.

 

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Varşava

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.