SİYASƏT


Polşada “Şərq Tərəfdaşlığı” ölkələrinin nümayəndələrinin toplantısı olub

Varşava, 11 oktyabr, AZƏRTAC

“Şərq Tərəfdaşlığı” proqramının 10-cu ildönümü münasibətilə üzv ölkələrin nümayəndələri Polşanın Xeşuv şəhərində bir araya gəlib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan, Gürcüstan, Ermənistan, həmçinin Rusiyanı təmsil edən diplomatların iştirakı ilə keçirilən görüşdə ötən on ildə qazanılmış nailiyyətlər və onun perspektivləri müzakirə olunub.

Xeşuv Universitetində təşkil olunmuş tədbirin panellərində Qafqazın tarixi və cari problemləri, Avropa İttifaqının sözügedən regionun ölkələri ilə əlaqələri və ümumi işlər barədə fikir mübadilələri aparılıb.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Varşava

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.