DÜNYA


Polşada böyük həcmdə yanacaq qaçaqmalçılığının qarşısı alınıb

Varşava, 16 iyul, AZƏRTAC 

Polşanın hüquq-mühafizə orqanları Latviyadan bu ölkəyə qaçaqmalçılıq yolu ilə böyük həcmdə yanacaq daşıyan cinayətkar dəstəni aşkarlayaraq zərərsizləşdiriblər.

AZƏRTAC xəbər verir ki, Polşa Milli Vergilər İdarəsinin açqlamasına görə, cinayətkar qrup 2018-ci ilin ortalarından bəri 9 milyon ton yanacağı Latviyadan qanunsuz yolla ölkə ərazisinə gətirib. Qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən 113 min 500 litr yanacaq, onlarla yük və minik avtomobili, külli miqdarda nağd pul və narkotik maddələr keçirilən xüsusi əməliyyat nəticəsində müsadirə olunub. Ən azı 2 nəfərin həbs edilib.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Varşava

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.