İDMAN


Polşada cüdo üzrə beynəlxalq təlim-məşq toplanışı davam edir VİDEO

Bakı, 11 avqust, AZƏRTAC

Polşanın Zakopane şəhərində cüdo üzrə beynəlxalq təlim-məşq toplanışı davam edir.

Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a bildiriblər ki, avqustun 17-dək keçiriləcək hazırlıq prosesinə böyüklərdən ibarət milli komandamızın 14 cüdoçusu qatılıb. Milli komandaya baş məşqçi Riçard Trautman, böyük məşqçilər Elçin İsmayılov və Mehman Əzizov, fiziki hazırlıq üzrə məşqçi Həsrət Məhəmmədov rəhbərlik edirlər.

Təlim-məşqlər böyüklər arasında dünya çempionatına hazırlıq məqsədi daşıyır. Mundial oktyabrın 6-12-dək Özbəkistanın paytaxtı Daşkənd şəhərində təşkil ediləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.