SİYASƏT
Polşada fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərlərinin toplantısı keçirilmişdir
Bakı, 2 noyabr (AZƏRTAC). Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçılığı ilə bu ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərlərinin toplantısı keçirilmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, "Birlik cəmiyyəti"nin rəhbəri Nəbi İbadov toplantıda Polşadakı diaspor təşkilatların fəaliyyəti haqqında məlumat vermiş, gələn il üçün nəzərdə tutulmuş tədbirlər və vahid strateji iş planı müzakirə edilmişdir.
Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov diaspor təşkilatlarının fəaliyyəti ilə bağlı tövsiyələrini bildirmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) şöbə müdiri Surəddin Hümbətov təmsil etdiyi qurumun xarici ölkələrdəki diaspor təşkilatları ilə bağlı planları haqqında məlumat vermişdir.
Toplantıda DİDK-nın nümayəndəsi F.Kərimov, Qdanskda fəaliyyət göstərən “Azərbaycan – Polşa mədəniyyət cəmiyyəti”nin rəhbəri K.Hacıyev, “Azərbaycan-Polşa cəmiyyəti”nin rəhbəri R.Rzayev, səfirliyin birinci katibi Ü.Baxışəliyev iştirak etmişlər.