DÜNYA


Polşada prezident seçkilərinin ikinci turu ilə əlaqədar “sükut günü” başlayıb

Bakı, 11 iyul, AZƏRTAC

Polşada prezident seçkilərinin ikinci turu ilə əlaqədar iyulun 11-də “sükut günü” başlayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, iyulun 12-də Polşada 27 mindən çox seçki məntəqəsi yerli vaxtla 07:00-dan 21:00-dək fasiləsiz işləyəcək. Yalnız səsvermə başa çatdıqdan sonra yerli KİV-lər “exit-poll”un nəticələrini dərc edə bilər.

Prezident postu uğrunda hazırkı lider Ancey Duda və Varşavanın meri Rafal Tşaskovski mübarizə aparır. Seçkilərin birinci turu iyunun 28-də keçirilib. Dövlət Seçki Komissiyasının məlumatına görə, Ancey Duda birinci turunda 8,45 milyon (43,5 faiz səs), Rafal Tşaskovski isə 5,9 milyon (30,4 faiz səs) seçicinin dəstəyini qazanıb. Namizədlər qeyd-şərtsiz qələbə üçün zəruri olan sadə səs çoxluğunu toplamadıqları üçün mübarizəni ikinci turda davam etdirirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.