DÜNYA


Polşada sahibkarların sosial ödəniş yükü azaldılır

Bakı, 21 avqust, AZƏRTAC 

Polşa Seymi kiçik biznesi təmsil edən müəssisələrin sosial büdcəyə ödəmələrinin məbləğində dəyişiklik olunması ilə bağlı qərar qəbul edib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, hazırda aylıq gəliri minimal əməkhaqqına bərabər olan sahibkar sosial sığorta fonduna 1200 zlota (558,5 manat) pul köçürür, bu da onun gəlirinin yarısından çoxdur.

Qanun dəyişikliyinə əsasən, iş adamlarının aylıq gəlirləri 5250 zlotadan (2443 manat) artıq olmadıqda, onlar 660 zlotadan (307 manatdan) az vəsait ödəyəcəklər. Qanun gələn il qüvvəyə minəcək.

İlkin qiymətləndirmələrə əsasən, sosial sığorta ödənişinin azaldılması bu normaya aid 173 min fərdi sahibkara 5,3 milyard zlota (2,47 milyard manat) vəsaitə qənaət etməyə imkan yaradacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.