SİYASƏT


Polşada təhsil alan azərbaycanlı tələbədən maraqlı aksiya

Bakı, 25 yanvar, AZƏRTAC

Polşanın İqtisadiyyat və İnsan Elmləri Universitetinin magistrantı Zaur Əsədzadə Azərbaycan həqiqətlərinin təbliği ilə bağlı maraqlı aksiya təşkil edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, soydaşımız universitetdə təhsil alan Ukrayna, İraq, Misir, Afrika ölkələri, Türkiyə, Türkmənistan, Gürcüstan, Belarus, Qazaxıstan, Serbiya, Rusiya və sair dövlətlərdən 200-ə yaxın tələbədən ibarət “Beynəlxalq dostlar qrupu” adlı “WhatsApp” qrupu yaradaraq ölkəmizlə bağlı informasiyaları paylaşır.

Vətən müharibəsində qazandığımız tarixi Qələbə, Xocalı soyqırımı, Qarabağ münaqişəsinin tarixi kökləri və digər məsələlərlə bağlı paylaşımlar edən soydaşımız qrup üzvlərini 20 Yanvar faciəsi ilə bağlı da məlumatlandırıb. Faciə ilə bağlı şəkilləri, məlumatları qrupda paylaşan Z.Əsədzadə tələbələrin suallarını cavablandıraraq onları dəqiq və dolğun məlumatlarla təmin edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.