SİYASƏT


Polşada yaşayan azərbaycanlılar pulsuz hüquqi yardım alacaqlar

Varşava, 13 yanvar, AZƏRTAC 

Polşada yaşayan azərbaycanlıların hüquqi məsələlərlə bağlı problemlərinin həlli üçün Polşa Azərbaycanlıları Koordinasiya Şurasının təşəbbüsü və Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsinin dəstəyi ilə tam təmənnasız vəkil xidmətləri təqdim ediləcək.

AZƏRTAC xəbər verir ki, vəkil Piotr Saviçki hüquqi yardıma ehtiyacı olanları yanvarda hər həftənin cümə axşamı günü (16, 23, 30 yanvar) saat 16:00-18:00-da Polşa Azərbaycanlıları Assosiasiyasının ofisində qəbul edərək, onlara pulsuz yardım göstərəcək.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Varşava

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.