İDMAN
Polşada yeniyetmə və gənclərin dünya birinciliyinə yekun vurulub
Bakı, 15 aprel, AZƏRTAC
Polşanın Torun şəhərində keçirilən yeniyetmə və gənclərin dünya birinciliyinə yekun vurulub.
AZƏRTAC Azərbaycan Qılıncoynatma Federasiyasının saytına istinadla xəbər verir ki, turnirin 9-cu yarış günündə şpaqa üzrə gənclərin komanda yarışları keçirilib. Ruslan Həsənov, Xalid Əliyev və Barat Quliyevdən ibarət yığma komandamız mübarizəyə 1/32 finaldan başlayıb. Bu mərhələdə Birləşmiş Ərəb Əmirlikləri komandası ilə qarşılaşan şpaqaçılarımız rəqibi 45:32 hesabı ilə məğlub edib. Kişi şpaqaçılarımız onaltıdabir finalda dünya birinciliyinin finalına kimi irəliləyən ABŞ yığması ilə qarşılaşıb. Gərgin və maraqlı mübarizə şəraitində keçən görüşün sonunda şpaqaçılarımız turnirin reytinq favoritinə 43:45 hesabı ilə uduzub. Daha öncə isə Barat Quliyev yeniyetmə şpaqaçıların şəxsi yarışında qüvvəsini sınayıb. Qrup mərhələsində keçirdiyi 5 görüşdən 4-nü qalib başa vuran Barat pley-offda Rumıniya təmsilçisi Daniel Popa üzərində 15:13 hesabla qələbə qazanıb. Quliyev 1/32 finalda Sinqapur idmançısı Li Simon Renjie ilə qarşılaşıb. Görüş sinqapurlu şpaqaçının 15:13 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, komandamızın üzvlərindən şpaqaçımız Ruslan Həsənov gənclərin dünya birinciliyində yarımfinala yüksəlməklə bürünc medal qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [18:52]
Azərbaycan Kubokunda ilk finalçı bəlli olub
- 24.04.2024 [17:46]
Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir
- 24.04.2024 [17:06]
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
- 24.04.2024 [16:52]
Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb
- 24.04.2024 [14:51]
NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub
- 24.04.2024 [14:14]
Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər
- 24.04.2024 [13:54]
Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb
- 24.04.2024 [12:54]