MƏDƏNİYYƏT


Polşadan Azərbaycana gələn turistlərin sayı artıb

Varşava, 23 noyabr, AZƏRTAC

Polşadan Azərbaycana gələn turistlərin sayı bu il 32 faiz artıb. Gələn il bu rəqəmin daha da artacağı gözlənilir.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid deyib. Bildirib ki, Polşa Azərbaycan üçün prioritet istiqamətlərdən biridir. Məhz bu səbəbdən Azərbaycan “TT Warsaw” Beynəlxalq Turizm Sərgisində iştirak edib. “Məqsədimiz turizm, istirahət və iş potensialını göstərən “Diqqətlə baxın” kampaniyası çərçivəsində Azərbaycanı Polşa auditoriyasına tanıtmaqdır”, - deyə icraçı direktor vurğulayıb.

2020-ci ildə Polşa pasportlarına sahib insanlar üçün elektron viza prosedurunun asanlaşdırılması və hava nəqliyyatında reyslərin artırılması gələn turistlərin sayının artmasına rəvac verəcək.

 

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Varşava

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.