DÜNYA


Polşadan yardım heyəti Türkiyəyə yola düşüb

Polşadan yardım heyəti Türkiyəyə yola düşüb

Varşava, 7 fevral, AZƏRTAC

Türkiyənin cənub-şərqində və Suriyanın şimalında baş verən güclü zəlzələdən sonra xilasetmə və yardım əməliyyatlarına kömək məqsədilə 76 polşalı axtarış-xilasetmə mütəxəssisindən ibarət qrup Türkiyəyə yola düşüb.

AZƏRTAC xəbər verir ki, komandanın rəhbəri Qreqors Borovieç PAP agentliyinə müsahibəsində heyətin Türkiyənin cənub-şərqdəki Adıyaman şəhərinə gedəcəyini bildirib. Qrupun tərkibində 76 xilasedici, beş tibb işçisi və səkkiz xilasedici it yer alır. Onların əsas işi dağılmış binaların dağıntıları altında sağ qalanları axtarmaq olacaqdır. Əməliyyatın ilkin olaraq xilasetmə missiyalarının maksimum müddəti olan yeddi gün davam etməsi planlaşdırılır.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Varşava

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.